Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-485/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı illə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İMEİ kodu **********15214 Samsung J2 telefon üçün 212 manat ödənilməmiş hissə, 74 manat dəbbə pulu, Samsung LED üçün 816 manat ödənilməmiş hissə, 144 manat dəbbə pulu, İMEİ kodu **********30006 Samsung J2, X4 üçün 370 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu, HOFFMANN soundbar səs ucaldıcı üçün 297 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu, Samsung LED üçün 1349 manat ödənilməmiş hissə, 213 manat dəbbə pulu, ümumilikdə 3653 manat borc və 30 manat dövlət rüsumunun alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 21.08.2018-ci il, 11.11.2018-ci il, 14.12.2018-ci il, 22.12.2018-ci il tarixli müqavilələrə əsasən Cavabdeh İMEİ kodu **********15214 Samsung J2 telefon, Samsung LED, İMEİ kodu **********30006 Samsung J2, X4, HOFFMANN soundbar səs ucaldıcı, Samsung LED almış və nəticədə onun 3653 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 393 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 21.08.2018-ci il, 11.11.2018-ci il, 14.12.2018-ci il, 22.12.2018-ci il tarixli müqavilələrdən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh İMEİ kodu **********15214 Samsung J2 telefon, Samsung LED, İMEİ kodu **********30006 Samsung J2, X4, HOFFMANN soundbar səs ucaldıcı, Samsung LED satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21.08.2018-ci il, 11.11.2018ci il, 14.12.2018-ci il, 22.12.2018-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********15214 Samsung J2 telefon üçün 212 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, Samsung LED üçün 816 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, İMEİ kodu **********30006 Samsung J2, X4 üçün 370 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, HOFFMANN soundbar səs ucaldıcı üçün 297 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, Samsung LED üçün 1349 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 3.060 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İMEİ kodu **********15214 “Samsung J2” telefon üçün 212 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, “Samsung” LED üçün 816 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, İMEİ kodu **********30006 “Samsung J2”, Power Bank “Canyon” üçün 370 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, “HOFFMANN” soundbar səs ucaldıcı üçün 297 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, “Samsung” LED üçün 1349 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 3.060 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-485/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-485/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver