Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-486/2021 03.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 800804-828955/1 saylı kredit müqaviləsi üzrə 1,881.94 manat əsas borc, 126.22 manat faiz borcu, cəmi 2,008.16 manat və xx.xx.2020-ci il tarixli 800893-PC********** saylı kredit xətti müqaviləsi üzrə cəmi 559.65 manat, ümumilikdə hər iki kredit borc üzrə 2,441.59 manat əsas borc, 126.22 manat faiz borcu olmaqla cəmi 2,567.81 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 800804-828955/1 nömrəli kredit müqqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 2.500.00 manat və xx.xx.2020-ci il tarixli 800893-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 560.00 manat məbləğində bərpa olunan kredit xətti aşılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş kredit müqaviləsi və kredit xətti üzrə öhdəliyi lazımınca icra etməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək maddi vəziyyəti ilə bağlı kredit borcunu ödəyə bilməməsini qeyd edərək, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakcılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 800804-828955/1 nömrəli kredit müqqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 2,500.00 manat və xx.xx.2020-ci il tarixli 800893-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 560.00 manat məbləğində bərpa olunan kredit xətti verilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-ti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixinə banka olan borcu 800804-828955/1 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1,881.94 manat, faiz borcu üzrə 126.22 manat, cəmi 2,008.16 manat və 800893-PC********** saylı kredit xətti müqaviləsi üzrə cəmi 559.65 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 800804-828955/1 saylı kredit müqaviləsi üzrə 1,881.94 manat əsas borc, 126.22 manat faiz borcu, cəmi 2,008.16 manat və xx.xx.2020-ci il tarixli 800893-PC********** saylı kredit xətti müqaviləsi üzrə cəmi 559.65 manat, ümumilikdə hər iki kredit borc üzrə 2,441.59 manat əsas borc, 126.22 manat faiz borcu olmaqla cəmi 2,567.81 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 800804-828955/1 saylı kredit müqaviləsi üzrə 1.881 (bir min səkkiz yüz səksən bir) manat 94 (doxsan dörd) qəik əsas borc, 126 (yüz iyirmi altı) manat 22 (iyirmi iki) qəpik faiz borcu, cəmi 2,008 (iki min səkkiz) manat 16 (on altı) qəpik və 800893-PC********** saylı kredit xətti müqaviləsi üzrə cəmi 559 (beş yüz əlli doqquz) manat, 65 (altmış beş) qəpik ümumilikdə hər iki kredit borc üzrə 2.441 (iki min dörd yüz qırx bir) manat 59 (əlli doqquz) qəpik əsas borc, 126 (yüz iyirmi altı) manat 22 (iyirmi iki) qəpik faiz borcu olmaqla cəmi 2.567 (iki min beş yüz altmış yeddi) manat 81 ( səksən bir) qəpik və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-486/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-486/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver