Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-518/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış, hazırda bir ildən çoxdur ki, faktiki ayrılmışlar, ötən bu müddət cavabdeh ona və uşağına heç bir maddi yardım göstərməmiş, cavabdehlə birgə yaşadıqları müddətdə ailəsi ilə maraqlanıb onlara heç bir maddi vəsait xərcləməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi, vəkil X2 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə xx.xx.2016-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış və faktiki olaraq ayrılmışlar. O, hal-hazırda işləmir və heç bir yerdən maddi gəliri yoxdur, iddia ərizəsində göstərilən məbləği ödəmək iqtidarında deyildir. Onun hər ay 120 manat məbləğində aliment ödəməyə imkanı vardır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx.xx.2016-cı il tarixdə 39 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2019-cu il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxx 2019-cu il tarixdə X4 anadan olmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********005700 saylı arayışdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi vergi uçotunda olması barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə iddia tələbinin xx xxxx 2019-cu il tarixdə anadan olmuş X3 doğulduğu gündən üç il ərzində hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb iddiaçıya verilməsinə dair hissələrinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissələrdə təmin edilməsi istisna olunur. Məhkəmə Cavabdeh xx xxxx 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-518/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-518/2021
16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver