Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-549/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İMEİ kodu **********03213 “Samsung Galaxy J7” markalı telefon üçün 1666 manat ödənilməmiş hissə, 499 manat dəbbə pulu, cəmi 2165 manat, “HOFFMANN” soyuducusu üçün 822 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu, cəmi 1038 manat, ümumilikdə 3203 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********03213 “Samsung Galaxy J7” markalı telefon və “HOFFMANN” soyuducusu almış və nəticədə 3203 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Cavabdehin ödədiyi məbləğ cəmi 766 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda cavabdeh tərəfindən İMEİ kodu **********03213 “Samsung Galaxy J7” markalı telefon üçün borc tam ödənildiyindən, iddia tələbinin həmin hissədə təmin edilməməsini və iddia tələbinin “HOFFMANN” soyuducusu üçün 822 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış xx.xx.2018ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********03213 “Samsung Galaxy J7” markalı telefon və “HOFFMANN” soyuducusu almışdır. O, ilk aylar ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. O, “Samsung Galaxy J7” markalı telefon üçün borcu tam ödəmiş və onun “HOFFMANN” soyuducusuna görə olan borcu qalmışdır. Məhkəmə tərəfindən öna müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli 00132291 saylı müqavilənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh “HOFFMANN” soyuducusu satılmışdır. xx.xx.2018-ci il tarixli K001130846 saylı müqavilənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh İMEİ kodu **********03213 “Samsung Galaxy J7” markalı telefon satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddia tələbinin Cavabdeh İMEİ kodu **********03213 “Samsung Galaxy J7” markalı telefon üçün 1666 manat ödənilməmiş hissə, 499 manat dəbbə pulu, cəmi 2165 manat alınıb iddiaçıya ödənilməsi hissədinə qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən “Samsung Galaxy J7” markalı telefon üçün borc tam ödənildiyindən iddia tələbinin həmin hissədə təmin edilməsi istisnadır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “HOFFMANN” soyuducusu üçün 822 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 827 (səkkiz yüz iyirmi yeddi) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “HOFFMANN” soyuducusu üçün 822 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 827 (səkkiz yüz iyirmi yeddi) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-549/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-549/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver