Məhkəmə qərarları › İş №2(044)-567/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-567/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-567/2021 08.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən LG LCD televizor üçün 550 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, cəmi 718 manat, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən LG soyuducu və paltaryuyan üçün 2194 manat ödənilməmiş hissə, 659 manat dəbbə pulu, cəmi 2853 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED televizor üçün 976 manat ödənilməmiş hissə, 297 manat dəbbə pulu, cəmi 1273 manat, ümumilikdə 4844 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən xeyrinə LG LCD televizor, LG soyuducu və paltaryuyan və Samsung LED televizor almış və nəticədə 4844 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1008 manat olan (18 ay x 56 manat) LG LCD televizor üçün 718 manat olmaqla ondan, 550 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2826 manat olan (18 ay x 157 manat) LG soyuducu və paltaryuyan üçün 2853 manat olmaqla ondan, 2194 manat ödənilməmiş hissə, 659 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1351 manat olan (18 ay x 66 manat + 163 manat ilkin ödəniş) Samsung LED televizor üçün 1273 manat olmaqla ondan, 976 manat ödənilməmiş hissə, 297 manat dəbbə pulu miqdarında borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 1465 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək hər üç müqavilə üzrə ödənilməmiş əsas borcla razı olduğunu bildirib, cərimə məbləğinin azaldılmasını və iddianın qismən təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00592393 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən cəmi qiyməti 1351 manat olan Samsung LED markalı televizora ayda 66 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 13-ü tarixində ayda 66 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00541630 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən cəmi qiyməti 2826 manat olan LG soyuducu və paltaryuyan üçün ayda 157 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 2-i tarixində ayda 157 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00448931 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən qiyməti 1008 manat olan LG LCD televizor üçün ayda 56 manat olmaqla, 18 ay müddətinə öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ci tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 13-ü tarixində ayda 56 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 550 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, cəmi 718 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2194 manat ödənilməmiş hissə, 659 manat dəbbə pulu, cəmi 2853 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 976 manat ödənilməmiş hissə, 297 manat dəbbə pulu, cəmi 1273 manat, ümumilikdə ödənilməmiş məbləğ 4844 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən xxxx MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin əlavəsində ödənişin gecikdirildiyi təqdirdə cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən dəbbə pulu azaldılaraq 2 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən dəbbə pulu azaldılaraq 6 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən dəbbə pulu azaldılaraq 3 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 550 manat əsas, 2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2194 manat əsas, 6 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 976 manat əsas, 3 manat dəbbə pulu olmaqla cəmi 3731 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 22 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 550 manat ödənilməmiş hissə, 2 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2194 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 976 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu olmaqla, cəmi 3731 (üç min yeddi yüz otuz bir) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 22 (iyirmi iki) manatı tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar