Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-678/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlunun maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdə vəfat etmiş mərhum X2nun həqiqətən də Məmmədova Şöylə İman qzının övladı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, hazırda yaşadığı və qeydiyyatda olduğu Gəncə şəhəri, X22 küçəsi, 1-ci döngə, 16 saylı ünvanda yerləşən mülk mərhum əri X7 nənəsi, xx.xx.1986-ci il tarixdə vəfat etmiş Məmmədova Şöylə İman qızının adınadır. O, həmin evə 1986-ci il tarixdən gəlin gəmiş və hazırda da həmin ünvanda yaşayır. Mərhum əri X9 atası X11 (yəni onun qaynatası ) mirasqoyan Şöylə Məmmədovanın birinci dərəcəli vərəsələrindən biridir. O, və ailə üzvləri həmin vaxtdan sözügedən miras mülkdə qeydiyyatda olmaqla yaşayırlar. Digər vərəsələrlə aralarında heç bir mübahisə olmadan mülkü faktiki olaraq natura aralarında bölmüşlər. Mülkün vərəsəlik qaydasında adlarına rəsmiləşdirilməsi üçün müvafiq qeydiyyat orqanına müraciət edərkən mərhum X2nun doğum qeydi haqda sənəd tələb olunmuş, lakin həmin sənəd aşkar olunmayıb. X2 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Miras mülk faktiki olaraq qəbul edilmiş və hazırda da təsərrüfatı idarə etməklə həmin mülkdə yaşayırlar. Elə buna görə də mülkün vərəsəlik hüququ əsasında adlarına qeyd olunması üçün DƏDRX-nin X17 müraciət edərkən X2nun doğumu haqqında şəhadətnamənin təqdim olunması zərurəti yarandıqda onlar həmin sənədi əldə edə bilməmişlər. Nə qeydiyyatda, nə də ki, arxivdə bu barədə sənəd əldə etmək mümkün olmamışdır. Onlar X2nun həqiqətəndə də Məmmədova Şöylə İman qızının övladı olması başqa cür sübut edə bilmədiklərindən, bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova tərəfindən məhkəməyə daxil olmuş məktubda işə onların iştiralı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə 1992-ci ildən qonşudur. Ərizəçi X2 1993-cü ildə vəfat etmişdir. Ərizəçinin qaynatası Yaqubun anası Şöylə, qardaşı isə İbrahim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə yaxın qohumdur. Ərizəçinin qaynatası onun həyat yoldaşı İbrahimin qardaşıdır. Yaqub Sadıxov onun qaynı, Şöylə Məmmədova isə onun qaynanasıdır. Onun həyat yoldaşı İbrahim 2020-ci ildə vəfat etmişdir. Qaynanası Şöylə Məmmədova xx.xx.1986-cı ildə vəfat etmişdir. Yaqub Sadıxov isə xx.xx.1993-cü ildə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Şöylə İman qızı xx xxxx 1986-cı il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş arayışın surətindən görünür ki, X13 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. xx.xx.1986-cı il tyarixdə Kirovabad şəhər Nikah Evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X4 nikahları xx.xx.1986-cı il tarixdə bağlanmışdır. xx.xx.2010-cu il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxx 2010-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli k-1-214 saylı məktubundan görünür ki, Şəmkir filialında mühafizə olunan Şamxor rayon X3 Şöbəsinin Şamxor şəhəri və Morul Kəndinə aid 1930-1932-ci illərə dair doğum aktları kitabları arxivə təhvil verilmədiyi üçün X6 həmin illərdə anadan olması barədə doğum aktından çıxarış veriməsi tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 996/4 saylı məktubundan görünür ki, Dövlət Arxivinin Gəncə filialında mühafizə olunan Gəncə şəhər Nikah Evi və Stalin rayon X1 Qeydiyyat şöbəsi arxiv fondları üzrə 1930-1931, 1935-ci illərin vətəndaşların doğum qeydləri və doğum bərpa qeydləri yoxlanılmış X8 doğum qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin xx.xx.1993-cü il tarixdə vəfat etmiş qaynatası Sadıxov (Sadıqov) Yaqub Rüstəm oğlu xx xxxx 1986-cı il tarixdə vəfat etmiş Məmmədova Şöylə İman qzının (övladı) oğludur. Məhkəmə hesab edir ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş Sadıxov (Sadıqov) Yaqub Rüstəm oğlu xx xxxx 1986-cı il tarixdə vəfat etmiş Məmmədova Şöylə İman qzının (övladı) oğlu olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə vəfat etmiş Sadıxov (Sadıqov) Yaqub Rüstəm oğlu xx xxxx 1986-cı il tarixdə vəfat etmiş Məmmədova Şöylə İman qızının (övladı) oğlu olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-678/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-678/2021
23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver