Məhkəmə qərarları › İş №2(044)-688/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-688/2021

09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-688/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Ərizəçi X1 Maraqlı şəxsnə qarşı “şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X1 Maraqlı şəxsmə qarşı “şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi X2 tərəfindən xx xxxx 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, əlavə sübutların toplanması üçün vaxt tələb olunduğundan ərizəsinin baxılmamış saxlanılmasını, ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq ərizəçi X2 məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxsndən məhkəməyə ərizə daxil olaraq məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirlməsini xahiş edilmişdir. Məhkəmə mülki işin tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəsəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi X1 ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən ərizəsi baxılmamış saxlanılması və ona geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi X1 Maraqlı şəxsmə qarşı “şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar