Məhkəmə qərarları › İş №2(044)-693/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-693/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-693/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Gəncə şəhəri Qaz Xidməti Sahəsinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2216 manat məbləğində cəriməni ödədiklərini, qalan borc 1667 manat məbləğində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın” əssasız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər məhkəməyə gəlmədiklərindən hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Gəncə şəhəri Qaz Xidməti Sahəsinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar