Məhkəmə qərarları › İş №2(044)-808/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-808/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-808/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 150 manat məbləğində, iki uşaq üçün cəmi 300 (üç yüz) manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2012-ci ildə faktiki olaraq ailə quraraq nikahları Gəncə Nikah evi tərəfindən rəsmləşdirilmişdir. Onların birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları zamandan cavabdeh bir ata kimi uşaqlarının qeydinə qalmamışdır. Hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ayda bir uşaq üçün 100 (bir yüz) manat, iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, Gəncə şəhəri Heydər Əliyev parkında dalandar işləyir, əmək haqqı cox azdır. Onun hər ay 300 (üç yüz ) manat alimenti ödəməyə maddi imkanı olmadığından, ayda bir uşaq üçün 100 manat, iki uşaq üçün cəmi 200 (iki yüz) manat aliment verməyə etiraz etmir. Məhkəmə proses iştirakcılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli Gəncə Nikah evinin 186 nömrə ilə qeyd edilmiş nikah haqqında şəhadətnaməsinin surətindən görünür kİ, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmışdır. xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X3 anadan olmuşdur. xx.xx.2018-ci il tarixdə Gəncə “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X4 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə tərəflərin razılığını nəzərə alaraq Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 (yüz) manat, iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 (yüz) manat, iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar