Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-821/2021 16.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2-ə dair Gəncə şəhər XDS İK-nin 04 iyun 1990-cı il tarixli 110 saylı orderinin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi 50 saylı binanın 13 saylı mənzili XDS İK-nin 04 iyun 1990-cı il tarixli 110 saylı orderinə əsasən ərizəçiyə və ailə üzvlərinə verilmişdir. Lakin ona verilən orderdə ailə üzvü kimi onun soyadı “Abdiyeva” deyil, səhvən “Abdullayeva” kimi qeyd edilmişdir. Hazırda yaşadığı mənzili özəlləşdirmək istəyir. Lakin mənzilin orderində ailə üzvləri siyahısında soyadının səhv yazılması səbəbindən bunu edə bilmir. Ərizəçi məhkəmədə ərizəsinə uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, 11.11.2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda qeydiyyatdadır. 04.06.1990-cı il tarixdə Ərizəçi adına verilmiş 110 saylı orderin surətindən görünür ki, ailə tərkibi siyahısında ərizəçinin adı X2 yazılmışdır. 16.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 tərəfindən verilmiş 1011/4 saylı arxiv arayışından görünür ki, vətəndaşlara təzə tikilmiş və boşalmış evlərdən mənzillərin verilməsi haqqında siyahıdan çıxarışda ərizəçinin adı X1 yazılmışdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sənədlərlə təsdiq olunmuşdur ki, ərizəçinin soyadı “Abdiyeva” olmasına baxmayaraq, Gəncə şəhər X4 İcraiyyə Komitəsi tərəfindən ünvan 2 ünvana dair 04 iyun 1990-cı il tarixli 110 saylı orderdə ərizəçinin soyadı “Abdullayeva” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, Gəncə şəhər X4 İcraiyyə Komitəsi tərəfindən ünvan 2 ünvanına dair 04 iyun 1990-cı il tarixli, 110 saylı orderin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 2 ünvanına dair 04 iyun 1990-cı il tarixli, 110 saylı orderin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-821/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-821/2021
16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver