Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-828/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının X2 iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sayğacdan kənar əlavə xəttən istifadə etdiyinə görə hesablanmış 1238.40 manat məbləğində pulun və 30.40 manat ödənilmiş dövlət rüsumunun alınaraq “İddiaçı” İB-nin ABB Sabunçu filialı Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİKİBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBA:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İddiaçı” X3 Eldar İslam oğluna məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir və həmin ünvana “İddiaçı” X1 X5 İdarəsinin qazın balansı və satışı şöbəsi tərəfindən **********02990 saylı abonent kodu verilmiş, mənzilində G-4 markalı, 1402AZ**********84 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh “Qazdan istifadə qaydalarının” tələblərinio pozmuş və bunu nəticəsində sayğacdan kənar əlavə xətdən istifadə etdiyi aşkar olunmuşdur. Gəncə X5 İdarəsinin işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənarəlavə xətdən istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Gəncə X5 İdarəsinin işçiləri tərəfindən xx.xx.2020-ci il il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında dəymiş ziyan hesablanması üçün istehlakçılara satılan qaza nəzarət şöbəsinə göndərilmiş və həmin şəbənin hesablamalarına əsasən cavabdehin mənzilində quraşdırılmış cihazlara uyğun olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 12384 m3 1238.40 manatı itirilmiş təbii qaza görə borc yaranmışdır. Cavabdehə xx.xx.2020-ci il tarixli XN-xx/xx-1018 saylı xəbərdarlıq məktubu verilməsinə baxmayaraq bügünədək heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla başlı heç bir ödəniş həyata keçirilmədiyi üçün hazırkı məhkəmə yə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli İR-266 saylı müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyi ilə fərdi istehlakçı Cavabdeh arasında ünvan 2 ünvana dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli ******* saylı AKT-ın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvana quraşdırılmış sayğaca baxış keçirilən zaman, sayğacından kənar əlavə xəttdən istifadə edilməsi müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvana quraşdırılmış qaz sayğacının yoxlanılması nəticəsində dəymiş ziyanın həcmi hesablanarkən 12384 m 3 olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh məxsus ünvan 2 ünvanda quraşdırılmış qaz sayğacdan kənar əlavə xəttdən istifadə istifadə olunması nəticəsində 1238.40 manat məbləğində iddiaçıya ziyan dəymişdir. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh ünvan 2 ünvanda quraşdırılmış qaz sayğacından kənar əlavə xəttdən istifadə olunması nəticəsində 1238.40 manat və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1238.40 (min iki yüz otuz səkkiz manat qırx qəpik) manat və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq, “İddiaçı” İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-828/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-828/2021
20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver