Məhkəmə qərarları › İş №2(044)-831/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-831/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-831/2021 01.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu İddiaçı cavabdeh X1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı və qeydiyyatda olduğu Sevil Qazıyeva küçəsi, 4-cü döngə ev 76 ünvanına yenidən köçürülməyini və bu vəziyyətin birdə yaşanmaması üçün qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı iddia ərizəsində əvvəllər eyni cavabdehə qarşı eyni tələb ilə müraciət etdiyini, məhkəmə tərəfindən iddiasının təmin olunduğunu qeyd etmiş və həmin qətnaməni iddia ərizəsinə əlavə etmişdir. İddia ərizəsinə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(044)-1059/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilərək iddiaçının ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. Bu baxımdan hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(044)-1059/2019 saylı qətnamənin yenidən icra olunması üçün məhkəməyə icra sənədinin yenidən icra orqanına göndərilməsi barədə ərizə ilə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(044)-1059/2019 saylı qətnamənin yenidən icra olunması üçün məhkəməyə icra sənədinin yenidən icra orqanına göndərilməsi barədə ərizə ilə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar