Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-849/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Goranboy Rayon Məhkəməsinin qətnaməsi təyin olunmuş alimentin məbləğini artırıb, xx.xx.2007-ci il tarixdə anadan olmuş Amil, xx.xx.2012-ci il tarixdə anadan olmuş Rəsul adlı uşaqların saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər bir uşağa 200 manat, cəmi 400 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 adlı iki uşaqları var. Onlar 2006-cı ildən 2016-cı il tarixədək Rusiyada yaşamışlar, 2016-cı ildə Azərbaycana qayıdaraq 3 ay cavabdehin atası evində, Goranboy rayonunun Faxralı kəndində yaşamışlar. 2017-ci ili avqust ayından onlar faktiki olaraq ayrılmışıar. O, uşaqları ilə birlikdə birdəfəlik Gəncə şəhərinə, atası evinə qayıtmış, uşaqların hər ikisi hazırda onun himayəsində yaşayırlar və Gəncə şəhəri 11 saylı məktəbdə təhsil alırlar. Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(045)-630/2019 saylı qətnaməsinə əsasən onların nikahları pozulmuş və cavabdehdən uşaqların saxlanması üçün hər ay 240 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabedehin xeyli miqdarda kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır, həmin torpaqları arendaya verməklə, yaxud əkibbecərməklə xeyli miqdarda qazanc əldə edir. Bundan əlavə Goran 4 yolunda yerləşən böyük mebelı mağazaları və cehizlik malları ilə təmin edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuş və iki uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmadığından ayrılmışlar. O, heç yerdə işləmir və məhkəmə tərəfindən müəyyən olunmuş 120 manat məbləğində alimenti hər ay ödəyir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-731/2020 saylı qətnaməsinin surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu ilk tarixli 2(045)-630/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu ilk tarixli 2(045)-630/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3360 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu ilk tarixli 2(045)-630/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2021-ci il tarixli 2(044)-849/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-849/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-849/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver