Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-854/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızının, Cavabdeh1 iştirakı ilə, İddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızının cavabdehlər Cavabdeh1 və 3-cü şəxslər Cavabdeh2, Cavabdeh3 qarşı «miras mülkə vərəsə tanınma, mirası qəbul etmə və pay» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızı cavabdehlər Cavabdeh1 və 3-cü şəxslər Cavabdeh2, Cavabdeh3 qarşı «miras mülkə vərəsə tanınma, mirası qəbul etmə və pay» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası xx xxxx 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclasında mülki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızının cavabdehlər Cavabdeh1 və 3-cü şəxslər Cavabdeh2, Cavabdeh3 qarşı «miras mülkə vərəsə tanınma, mirası qəbul etmə və pay» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-854/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-854/2021
05.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver