Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-896/2021 05.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanamalarına görə hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı iddia ərizəsində əvvəllər eyni cavabdehə qarşı eyni tələb ilə müxtəlif vaxtlarda məhkəmələrə müraciət etdiyini, məhkəmələr tərəfindən iddiasının təmin olunduğunu, lakin həmin qətnamələr üzrə verilmiş icra vərəqələri icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini bildirmiş və həmin qətnamələri iddia ərizəsinə əlavə etmişdir. İddia ərizəsinə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(066)-2017/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilərək xx xxxxxx 2009-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanamsı üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı hər ay 100 manatadək artırılması qət edilmişdir. Eyni zamanda Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(044)-7121/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 atası olması müəyyən edilmiş, xx.xx.2017-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Süleyman Əliyein xx.xx.2018-ci il tarixli qərarlarından görünür ki, tələbkar İddiaçı ərizə ilə icra şöbəsinə rəsmi müraciət edərək icra sənədlərinin geri qaytarılmasını xahiş etdiyindən Göygöl Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(066)-2017/2017 saylı və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(044)-7121/2017 saylı icra vərəqələri icra sənədlərini vermiş məhkəmələrə qaytarılmışdır. Bu baxımdan hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, Göygöl Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(066)-2017/2017 saylı və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(044)-7121/2017 saylı qətnamələrinin yenidən icra olunması üçün qətnaməni qəbul etmiş məhkəməyə icra sənədinin yenidən icra orqanına göndərilməsi barədə ərizə ilə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, Göygöl Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(066)-2017/2017 saylı və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(044)-7121/2017 saylı qətnamələrinin yenidən icra olunması üçün qətnaməni qəbul etmiş məhkəməyə icra sənədinin yenidən icra orqanına göndərilməsi barədə ərizə ilə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-896/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-896/2021
05.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver