Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-898/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Hoffman LED televizor üçün 190 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu, cəmi 247 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Soyuducu Samsung üçün 728 manat ödənilməmiş hissə, 212 manat dəbbə pulu, cəmi 940 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Gorenje kondisioner, Samsung LED televizor üçün 1598 manat ödənilməmiş hissə, 495 manat dəbbə pulu, cəmi 2093 manat, ümumilikdə 3280 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən Hoffman Led televizor, soyuducu Samsung, Gorenje kondisioner, Samsung Led televizor almış və nəticədə 3280 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Hoffman LED televizor üçün 190 manat ödənilməmiş hissə, 57 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Soyuducu Samsung üçün 728 manat ödənilməmiş hissə, 212 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Gorenje kondisioner, Samsung LED televizor üçün 1598 manat ödənilməmiş hissə, 495 manat dəbbə borcu yaranmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə aldığı İMEİ kodu **********36177 Samsung Galaxy J7 telefonun borc öhdəliyini yerinə yetirmiş və cəmi ödədiyi məbləğ 1533 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli K0266783 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən cəmi qiyməti 1155 manat olan Samsung J7 Neo DS markalı telefonu, Hoffman Led markalı televizoru ayda 52 manat olmaqla, 20 ay müddətinə, ayda 19 manat olmaqla 4 ay müddətinə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. - Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli K 00104544 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 1486 manat olan Samsung markalı soyuducunu ayda 118 manat olmaqla, 12 ay müddətinə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. - Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli K 00196115 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 2093 manat olan Gorenje markalı kondisioneri, Samsung Led markalı televizoru ayda 110 manat olmaqla, 18 ay müddətinə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 190 manat ödənilməmiş hissə, 57 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 728 manat ödənilməmiş hissə, 212 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1598 manat ödənilməmiş hissə, 495 manat dəbbə, ümumilikdə ödənilməmiş məbləğ 3280 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən xxxxxxxxxxx MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrin əlavəsində ödənişin gecikdirildiyi təqdirdə 1% həcmində penya ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən dəbbə pulu azaldılaraq 2 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən dəbbə pulu azaldılaraq 7 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən dəbbə pulu azaldılaraq 15 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 190 manat əsas, 2 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 728 manat əsas, 7 manat dəbbə olmaqla, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1598 manat əsas, 15 manat dəbbə olmaqla, cəmi 3280 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 22 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 190 manat ödənilməmiş hissə, 2 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 728 manat ödənilməmiş hissə, 7 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1598 manat ödənilməmiş hissə, 15 manat dəbbə olmaqla, cəmi 2540 (iki min beş yüz qırx) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 22 (iyirmi iki) manatı tutularaq iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X4 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-898/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-898/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver