Məhkəmə qərarları › İş №2(044)-900/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-900/2022

14.04.2022 · Sair işlər - Digər - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-900/2022 14.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Hadı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Hadı oğluna qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.02.2005-ci il tarixdə anadan olmuş X2 atasının 03.02.1981-ci il tarixdə anadan olmuş milliyyətcə azərbaycanlı Cavabdeh olması faktının müəyyən edilməsi, 10.02.2005-ci il tarixdə anadan olmuş X3 yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X5” yazılması və 50 manat aliment tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh Hadı oğlu ilə el adəti ilə ailə qurmuş, lakin ailə qurduqdan sonra Rusiya Federasiyasına getdikləri üçün rəsmi nikaha daxil olmamışlar və onların birgə nikahda yaşadıqları dövrdə 10.02.2005-ci il tarixdə X5 adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh uşağın atası Hadı Əliyevdir. Lakin oğlu Hadıya doğum şəhadətnaməsi alınarkən Moskva şəhəri, Moskva VVAQ İdarəsinin İzmayılovsk VVAQ şöbəsi rəsmi nikahda olmadıqları üçün ata adı yeri boş buraxılmış, tək ana kimi qeyd edilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Hadı oğlu məhkəmə iclasında bildirdi ki, onun İddiaçı ilə birgə evliliyindən 10.02.2005-ci il tarixdə X5 adlı bir uşaqları anadan olmuşdur. O, 10.02.2005-ci il tarixdə anadan olmuş X2 atasıdır. Məhkəmə tərəfindən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 18.07.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 18 iyul 2021-ci il tarixdə 1181 saylı akt qeydi ilə bağlanmışdır. 26.11.2008-ci il tarixdə Moskva VVAQ idarəsinin İzmayılovskiy VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 10.02.2005-ci il tarixdə X5 doğulmuşdur. 11.02.2022-ci il tarixli MŞİH-14552 saylı barışıq sazişindən görünür ki, Cavabdeh İddiaçı ilə faktiki nikahlarından 10.02.2005-ci il tarixdə anadan olmuş X2 atası olmasını qəbul etmiş və X2 doğum haqqında şəhadətnaməsində atası kimi onun adının qeyd olunmasına razılığını bildirmiş və bundan irəli gələn sənədləri imzalamağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.3-cü maddəsində göstərilir ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideyinlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Beləliklə məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından 10.02.2005-ci il tarixdə Hadı adlı bir uşaqları anadan olmuşdur. Hadıya doğum şəhadətnaməsi alınarkən Moskva şəhəri, Moskva VVAQ İdarəsinin İzmayılovsk VVAQ şöbəsi, tərəflərin rəsmi nikahlarının olmadığı üçün ata adı yeri boş buraxılmışdır. Cavabdeh atalığı müəyyən etməkdən ötrü müvafiq qeydiyyat orqanına gedib ərizə yazmadığı üçün 10.02.2005-ci il tarixdə anadan olmuş Hadının atalığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh Rusiya Federasiyasının Moskva şəhərində İddiaçı 10.02.2005-ci il tarixdə doğulmuş Hadının atası olması faktı müəyyən edilməli, 10.02.2005-ci il tarixdə anadan olmuş Hadıya doğum haqqında şəhadətnamə verilərkən atası “Mehdi”, ata qrafasında “Cavabdeh”, ana qrafasında “İddiaçı” və milliyyəti “azərbaycanlı” kimi yazılmalı və bu barədə Qeydiyyat şöbəsində sənədləşmə aparılaraq yeni şəhadətnamə verilməsi Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən valideynlər uşağı saxlamağa borclu olduqlarından, 10.02.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28.02.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235.1.1, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Rusiya Federasiyasının Moskva şəhərində İddiaçı tərəfindən doğulmuş - 10.02.2005-ci il tarixdə anadan olmuş Hadının atası olması faktı müəyyən edilsin. 10.02.2005-ci il tarixdə anadan olmuş Hadıya doğum haqqında şəhadətnamə verilərkən atası “Mehdi”, ata qrafasında “Cavabdeh”, ana qrafasında “İddiaçı”, milliyyəti “azərbaycanlı” kimi yazılsın. 10.02.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28.02.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Yeni doğum haqqında şəhadətnamənin verilməsi Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. İddia tələbi alimentlə bağlı qalan hissədə təmin edilməsin. Qətnamənin “alimentlə bağlı hissəsi” qəbul edildikdən sonra dərhal qüvvəyə minir və həmin hissədə dərhal icraya yönəldilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver