Məhkəmə qərarları › İş №2(044)-910/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-910/2021

03.03.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-910/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası, xx.xx.1962-ci il təvəllüdlü X1 ölmüş elan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, onun atası X4 2005-ci ilin aprel ayında Qazaxıstan Respublikasına getməsini bildirərək evdən çıxmış və bu günədək atasından heç bir xəbər ala bilməmişdir. Onun atası əvvəllər də bir neçə dəfə xarici ölkələrə getmiş, onlarla əlaqə saxlamasa da, bir neçə aydan sonra evinə qayıtmışdır. Onlar xx.xx.2010-cu il tarixində Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə atasının itkin düşməsi barədə müraciət etmiş, polis İdarəsində atasının axtarışı məqsədi ilə 20027 nömrəli axtarış işi açılmışdır. Atasının son məlum olan getdiyi ölkə Qazaxıstan Respublikası olmuşdur. 16 il keçməsinə baxmayaraq bu günədək onun atasından heç bir məlumat əldə etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1991ci il tarixdə Xanlar rayonunda doğlmuşdur. Ata qrafasında X4, ana qrafasında X6 qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışdan görünür ki, ünvan 1 ünvanında Ərizəçi, X10, X5, X8, X6, X2 və X3 qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin arayışından görünür ki, Ərizəçi atası xx.xx.1962-ci ildə Gəncə şəhərində doğulmuş, X4 barəsində xx.xx.2010-cu il tarixdə Gəncə şəhər Nizami RPİ-si tərəfindən 20027 nömrəli itkin düşmüş kimi axtarış işi açılmışdır. xx.xx.2010-cu il tarixdə X4 barəsində olan 20027 nömrəli axtarış işinə xitam verilmişdir. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli № 05/Q-93 Vətəndaşliq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində yoxlama aparılmış, lakin vətəndaş X1 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm bərpa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 saylı qərarı ilə təstiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları ilə müəyyən edilir. Belə ki, həmin qərara əsasən ölüm bərpa həqiqətən bu cür qeydlərin olduğunu təstiq edən sənədlər əsasında aparılır. Odur ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi rədd olunmalıdır. Çünki Ərizəçi atası Faxrəddin Babayevin axtarılması üçün lazımı dövlət orqanlarına müraciət etməmişdr. Belə ki, ərizəçinin atasının ölkə hüdudlarından kənarda olduğunu bildiyi halda o, atasının itkin düşməsi barədə polisə müraciət edərək ölkə daxilində axtarış işi açılmış və təbii ki, belə olan halda atasının tapılması mümkün olmamışdır. Halbuki ərizəçi atasının axtarılması üçün Xarici İşlər Nazirliyi vasitəsi ilə Qazaxstan Respublikasının hüquq mühafizə orqanlarına, Qazaxstan Respublikasının ölkəmizdəki səfirliyinə müraciət etməli idi. Həmçinin atasının Qazaxstan Respublikasında ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi halı da mövcud deyildir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Eyni zamanda Ərizəçi ərizədə atası Faxrəddin Babayevin ölmüş elan edilməsinin nə məqsədlə lazım olduğunu göstərməmiş və atasının müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən halları şərh etməmişdir. Halbuki Azərbyacan Respublikası Mülki – Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, ərizəni əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar