Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-936/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2003-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X6 adlı iki uşaqları var. Onların birgə yaşamaları mümkün olmamış və fakltiki olaraq uzun müddətdir ki, ayrılmışlar. Ötən bu müddət ərzində cavabdeh uşaqlarına maddi və mənəvi yardım göstərməmişdir, lakin o, özü işlədiyindən, maddi gəliri yaxşı olmuşdur, cavabdehin maddi dəstəyinə ehtiyacı olmadığından aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etməmişdir. O, hazırda bir neçə aydır ki, işləmir, uşaqlarından biri onkoloji xəstədir, digəri isə universitet tələbəsidir, o, uşaqların maddi cəhətdən ehtiyaclarını ödəyə bilmir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış və faktiki olaraq ayrılmışlar. O, hazırda heç yerdə işləmir və onun iddia ərizəsində göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2003-cü il tarixdə Tovuz rayonu Düz Qırıxlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx xxxxxx 2003-cü il tarixdə 07 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2004-cü il tarixdə Tovuz rayonu Düz Qırıxlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxxxxx 2004-cü il taridə X5 anadan olmuşdur. xx.xx.2009-cu il tarixdə Tovuz rayonu Düz Qırıxlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxxxx 2008-ci il taridə X6 anadan olmuşdur. xx.xx.2021-ci il tarixli 193 saylı arayışdan görünür ki, Cavabdeh Tovuz rayonu Düz Qırıxlı kəndində yaşayışl-hazırda işləmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək və uşaqlara qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə Cavabdeh xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-936/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-936/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver