Məhkəmə qərarları › İş №2(044)-97/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-97/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-97/2022 13.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, X.Xasməmmədov küçəsində yerləşən 0.18 hektar torpaq sahəsinə dair Gəncə şəhəri 2 saylı notariat kontorunda təsdiq edilmiş 11.06.2016-cı il tarixli, 3M-119 reyestr nömrəli daimi istifadə hüquqlarının alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin torpaq sahəsinin və onun üzərində inşa olunmuş tikilinin boşaldılaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia predmetini dəyişdirilməsinə dair ərizə verərək Cavabdeh2 340000 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, Gəncə şəhəri, X.Xasməmmədov küçəsində yerləşən 0.18 hektar torpaq sahəsinin daimi istifadə hüququ JN 1488 KOD 20000002 saylı Dövlət Aktına əsasən iddiaçıya məxsus olmuş, Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 01 iyul 2010-cu il tarixli 85 № li sərəncamına əsasən onun daimi istifadəsində olan həmin torpaq sahəsində razılaşdırılmış layihə əsasında “Çay evi”nin tikintisinə icazə verilmişdir. Bundan sonra müvafiq layihə-smeta sənədləri təsdiq olunaraq tikinti işlərinə başlanılmışdır. Lakin sonradan maddi çətinliklərlə əlaqədar olaraq tikinti işlərini başa çatdıra bilməmiş, bu səbəbdən obyekti satmaq qərarına gəlmişdir. Həmin vaxt tikinti başa çatmadığına görə Cavabdeh2 ilə aralarında razılığa gəlmişlər ki, əvvəlcə torpağa daimi istifadə hüququnu alqı-satqı edib, sonra isə tikilini alqı-satqı edərlər. Daha sonra Gəncə şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş 11 iyun 2016-cı il tarixli 3M-119 reyestr nömrəli alqısatqı müqaviləsi ilə sözügedən torpaq sahəsinə dair daimi istifadə hüquqlarını Cavabdeh2 satmışdır. Lakin alqı-satqı müqaviləsinin formal olmasını torpaq sahəsinin satış qiymətindən açıq-aydın görmək olur. Belə ki, guya obyekt 10000 manata satılmışdır. Əslində isə onun obyekti şəhərin mərkəzində yerləşir və qiyməti müqavilədə göstəriləndən dəfələrlə çoxdur. Belə ki, cavabdeh tərəfin də etiraf etdiyi kimi iddiaçı obyekti 350000 manata satmış, 10000 manat notarial alqı-satqı zamanı verilmiş, qalan 340000 manatı isə torpaq üzərindəki obyekti sənədləşdirdikdən sonra cavabdeh verməli idi. Hazırda üstündən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh iddiaçını nə torpaq sahəsinin üzərində tikilmiş obyektə buraxır, nə də ki pulunu verir. Bu barədə iddiaçı dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda o, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı onun nümayəndəsi və vəkilinin izahatındakı xüsusatları təsdiq edib iddianın təmin edilməsinə dair qətnamə çıxarılımasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini rədd edərək bildirmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən iddiaçı ilə cavabdeh həmin torpağı üzərindəki obyektlə birlikdə 350000 manata razılaşmışlar. Bundan sonra iddiaçı alqı-satqı zamanı daha az vergi ödəmək üçün müqavilədə əmlakı 10000 manat qeyd etdirmişdir. Cavabdeh iddiaçıya 350000 pulu ödəməsə idi, iddiaçı həmin əmlakı cavabdehin adına rəsmiləşdirməzdi. Cavabdeh pulu tam ödədikdən sonra iddiaçının adına olan sərəncamı öz adına dəyişmişdir. Hazırda cavabdeh həmin yeri Dövlət Təhlükəsizlik Xidmətinə bağışlamışdır. Sonda cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 izahat verəərk bidlirmişdir ki, cavabdeh onun yeznəsidir. Əslində mübahisəli yer Əlzakir Əmrahovun olmuş və sonuncudan həmin yeri o, almışdır. Sadəcə Əlzakir əmisi oğlu Nuriddinin adına rəsmiləşdirmiş, o, da alandan sonra yeznəsinin adına sənədləşdirmişdir. O, Əlzakirlə həmin yeri 350000 manata razılaşmış, alqı-satqı zamanı Əlzakir vergi az ödəməsi üçün 10000 manat qeyd edilməsini təklif etmiş, o,da etiraz etməmişdir. O, 350000 manatı hissəhissə iddiaçıya ödəmişdir. O, ödənişləri qardaşı oğlu Salman vasitəsi ilə və özü şəxsən ödəmiş, iddiaçı da özü həmin ödənişləri qəbul etmişdir. Hazırda həmin yer Dövlət Təhlükəsizlik Xidmətinə bağışlanmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 izahat verərək bildirmişdir ki, o, Ələsgəri Şahid1 yeznəsi kimi tanıyır. O, hardasa 20 ildir Pərvizin yanında satıçı kimi fəaliyyət göstərmişdir. O, adətən günün sonunda alqı-satqıdan əldə etdikləri pulları ABŞ dollarına dəyişdirirmiş və verdiyi pullar barədə Pərvizdən heç bir şey soruşmamışdır. Təxminən 2016-cı il olardı o, Pərvizgilin hansısa torpaq almaq istədiyini eşitmiş və həmin gün 100 min ABŞ dolları pul gətirib Pərvizə vermiş, məbləğ çox olduğu üçün Pərvizdən nə üçün götürdüyünü öyrənmiş, Pərviz də cavabında Əlzakirin qohumu gələcəyini və aldığı torpağın pulunu verdiyini demişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 izahat verəərk bidlirmişdir ki, cavabdeh onun əmisinin yeznəsidir. O, İddiaçı əvvəldən tanımışdır. Gəncə şəhərinin mərkəzində Əlzakir Nuriddinin adına olan torpaq yeri satmış, əmisi Pərviz həmin torpaq yerini aralarında olan razılaşma ilə 350 ABŞ dollarına almışdır. Belə ki, Nuriddin həmin pulun 100 ABŞ dollarını özü gəlib əmisi Pərvizdən götürmüş, qalan 140000 ABŞ dolarını da o, "xxxx" ASC-nin Gəncə filialının yadında o, şəxsən Nuriddinə vermişdir. Nuriddin həmin vaxt taksi ilə əlib ondan götürmüşdür. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 izahat verərək bildirmişdi ki, Nuriddin onun tanışıdır. O, taksi fəaliyyəti ilə məşğul olur, Nuriddinin torpağında tikinti işləri gedəndə o, avtomobili ilə tikinti materialları daşımışdır. 2016-cı ilin may aylarında Nuriddin özünə məxsus torpaq sahəsində onlar çay içərkən iki nəfər, biri Pərviz və digərini tanımadığı bir nəfər onlara yaxınlaşmış, torpağı almaq istədiklərini bildirmişlər. Onlar həmin torpaq yeri barədə danışarkən 400000-dən və behdən söhbət getmiş, o, tam olaraq söhbətdə olmamış, ona görə həmin məbləğin manat və ya ABŞ dolları olmağı barədə məlumatı yoxdur. Daha sonra tərəflər öz aralarında 10000 ilə razılaşmışlar. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5 oğlu izahat verərək bildirmişdi ki, onun dostu X5 qohumdur. O, həmin dostu ilə Nuriddinin torpaq sahəsinin yanından keçəndə görüşüb obyektin yanında çay içmişlər, çayçıda olan zaman iki nəfər kişi gəlmiş və obyekti almaq üçün Nuriddinlə söhbət etmişlər. Əvvəlcə onlar bir yerdə söhbət etmişlər, sonra Nuriddin həmin şəxslərlə kənarda dayanıb söhbət etmişlər, buna görə də o, konkret məbləği bilməmiş, 10000 eşitmiş, lakin pulun verilib-verilmədiyini bilməmişdir. Mülki iş materiallarında olan: - 11 iyun 2016-cı il tarixli, 3M-119 saylı daimi istifadə hüquqlarının alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı tərəfindən Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.18 ha torpaq sahəsindən daimi istifadə hüquqlarını alıcı Cavabdeh2 10000 manata satmışdır. Alıcı daşınmaz əmlakın müqavilədə nəzərdə tutulan qiymətini nağd şəkildə satıcıya tam ödəmiş, satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. - Azərbaycan Respublikası Torpaqdan daimi istifadə hüququna dair JN-1488 saylı, 20000002 saylı Dövlət Aktının surətindən görünür ki, 0.18 ha torpaq sahəsi daimi istifadə üçün İddiaçı verilmişdir. - Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 01.07.2010-cu il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu, X.Xasməmmədov küçəsində yerləşən Cavabdeh2 daimi istifadəsində olan 0,1270 ha torpaq sahəsində müvafiq qaydada razılaşdırılmış layihə əsasında qeyri-yaşayış binasının tikintisinə icazə verilmiş, X.Xasməmmədov küçəsində yerləşən uşaq avtomobil şəhərciyi ərazisində “Çay evi”-nin tikintisinə icazə verilməsi haqqında Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 01 iyul 2010-cu il tarixli 85 №-li sərəncamı qüvvədən düşmüş hesab edilmiş,Cavabdeh2 tapşırılmış ki, inşa ediləcək qeyri-yaşayış binasının layihəsini Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırsın. Sərəncamın icrasına nəzarət Gəncə Şəhər Nizami Rayon icra Hakimiyyəti Başçısının müavini B.Hümbətova həvalə edilmişdir. - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.1270 ha torpaq sahəsinin istifadə hüquqları Cavabdeh2 məxsusdur. - AR X2 24.05.2021-ci il tarixli, 288 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan torpaq sahəsinə dair koordinatlarını əks etdirən plan ölçü olmadığından həmin torpaq sahəsinin konkret olaraq hansı koordinatlar sərhəddində yerləşməsini müəyyən etmək mümkün olmadı. Bu səbəbdəndə qiymətləndirmə həmin ərazidə yerləşən 1 sot torpaq sahəsinin qiymətləndirilməsi üzrə aparılmış və müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami rayon ərazisində yerləşən 0.18 ha torpaq sahəsinin 2016-ci ildə bazar qiyməti 111600 (yüz on bir min altı yüz) manat olmuşdur. - AR Məhkəmə Ekspertiza Mərkəzinin 18.02.2022-ci il tarixli, 10/4658 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 10.06.2016-cı il taricli 934 saylı qeydiyyat nömrəsi ilə çap ediledilmiş daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyatına alınmış hüquqlara və onların məhtudlaşdırılmasına dair dövlət reystrindən verilmiş arayışa əsasən İddiaçı məxsus Gəncə şəhəri Nizami rayonunda yerləşən 0.18 ha torpaq sahəsinin 2016-cı ildə bazar qiyməti 144000 (yüz qırx dörd min) manat məbləğində olduğu müəyyən edilir. - 30.04.2020-cil tarixli, 3M-99 saylı Torpaq sahəsinin istifadə hüququnun bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Xəlilbəy Xasməmmədov küçəsi ünvanında yerləşən 0.1270 ha torpaq sahəsinin istifadə hüquqlarını AR Dövlət Təhlükəsizlik Xidmətinin daim istifadəsinə verir. Bağışlanan torpaq AR ƏMDK DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin 28.06.2016-cı il tarixli ********** qqeydiyyat nömrəli çıxarışa əsasən dövlətə məxsusdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Çünki iddiaçının 350000 manata satdığı mübahisəli torpaq sahəsi üzərində daimi istifadə hüququna görə cavabdehin yalnız 10000 manat ödəməsi, qalan məbləğin isə 04 il ərzində ödənilməməsi, dəyərin təxminən 3 faizinin ödənilməsi qarşılığında iddiaçının torpaq sahəsi üzərində istifadə hüquqlarını notarial müqavilə ilə cavabdehə verməsi ağlabatan və inandırıcı deyildir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəfin dəvət ilə dindirilmiş Şahid1 də alqı-satqı üzrə 350000 manat pulun tam ödənildiyini, sadəcə verginin az ödənilməsi üçün müqavilədə 10000 manat qeyd edildiyini təsdiq etmişdir. İddiaçı tərəfin iştirakı ilə dindirilmiş şahidlər alqı-satqı ilə bağlı tərəflər arasında razılaşma olduğunu bildirsələr də, pulun ödənilib-ödənilmədiyini təsdiq etməmişlər. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində daimi istifadə hüququnun alğı-satqısı zamanı tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək, alıcı Cavabdeh2 razılaşdırılmış məbləği tam şəkildə satıcı İddiaçı ödəmiş və buna görə də satıcı İddiaçı özünün daimi istifadə hüququnu alıcı Cavabdeh2 vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur; 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur; 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur; 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 651-ci maddəsinə əsasən tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatlarının dəyəri 100 manat və 300 manat ekpertiza xərcləri iddiaçıdan tutularaq müvafiq olaraq 100 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 manat isə “X3” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə aparılmış məhkəmə ekpertizalarının dəyəri 100 manat və 300 manat ekpertiza xərci İddiaçı tutularaq müvafiq olaraq 100 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, АZ34CТРЕ**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) hesabına, 300 (üç yüz) manat isə “X3” MMC-nin (Kapital Bank ASC Sahil filialı, KOD 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, VÖEN **********, AZ64AİİB400900C**********208) hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver