Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-997/2021 12.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 1556.32 ABŞ dolları əsas borc, 3359.74 ABŞ dolları faiz borcu, 8459.81 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 518.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 13894.67 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməmiş şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi İsa Hacıyev tərəfindən imzalanmışdır. İsa Hacıyevə iddia ərizəsini imzalamaq səlahiyyəti xx.xx.2020-ci il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X4 edilməsi və X1 X3 tərəfindən imzalanmış etibarnamə ilə verilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X4 edilməsi və X1 X2 imzalamaq səlahiyyətinin verilməsinə dair iddia ərizəsinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Nikoloz Şurqaianın verdiyi xx xxxxxx 2019-cu il tarixli etibarnamənin kimliyi müəyyən olunmayan şəxs tərfindən imzalanmış surəti əlavə edilmişdir. Qeyd edilən etibarnamə lazımi qaydada təsdiq edilmiş hesab edilə bilməz. Sənədin surətinin əsli ilə düz olmasının müəyyən edilməsi üçün həmin surətin səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi tələb olunur. Buna görə də iddia ərizəsinə xx xxxxxx 2019-cu il tarixli etibarnamənin əsli və ya lazımi qaydada (hüquqi şəxsin rəhbərinin və ya təsis sənədləri ilə buna səlahiyyətli edilmiş digər şəxsin imzası və möhürü ilə yaxud notarial qaydada) təsdiq edilmiş surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-997/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-997/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver