Məhkəmə qərarları › İş №2(046)-1528/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1528/2024

30.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1528/2024 30.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediasiya reyestrində M-00131 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə bağlanmış və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi sonradan tələbin həcminin artırılması barədə ərizə verərək, Maraqlı şəxs ilə aralarında mediasiya reyestrində M-00131 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə bağlanmış və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarındakı fikir ayrılığı və və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediasiya reyestrində M-00131 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə aşağıdakı şərtlər barədə barışıq sazişi imzalanmışdır. Barışığın şərtləri: ikinci (Maraqlı şəxs) tərəf saziş imzalandıqdan sonra xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz ) manat məbləğində alimenti birinci (Ərizəçi) tərəfə ödəyəcəkdir. Qeyd etmək istəyir ki, tərəflər arasında bağlanmış və mediator tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi könüllü icra müddətində sazişin ikinci tərəfi Maraqlı şəxs tərəfindən qərəzli olaraq icra edilmir, ödəməyi öhdəsinə götürdüyü aliment məbləğini ödəməkdən yayınır. Əksinə o, Maraqlı şəxs uşaqla ünsiyyətdə olması üçün heç bir problem yaratmır, ikinci tərəfin istədiyi vaxt uşağın mənafelərinə uyğun olaraq görüşmələri üçün şərait yaradır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərmişdir ki, mövsümi işlər görməklə qazanc əldə edərkən Ərizəçi ilə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlamışdır. Fərdi əməklə məşğul olarkən əldə etdiyi pulla aliment ödəmişdir. Hazırda ərizənin xeyrinə 200 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən barışıq sazişində göstərilən alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə X3 adlı uşağı anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-437/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında xx.xx.2017-cü il tarixdə Göyçay RİHB-nın Qarabaqqal kənd üzrə nümayəndəliyində 14 №-li qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 cavabdeh Ərizəçi yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Maraqlı şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Ərizəçi xeyrinə verilməsi qət edilmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X4 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, 1. “Tərəflər” alimentin artırılması barədə razılığa gəlirlər. 2.Maraqlı şəxs (ikinci tərəf) xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının 50 (əlli) manat artırılmasına etiraz etmir və Ərizəçi (birinci tərəfə) hər ay 200 (iki yüz) manat aliment ödəməyi öhdəsinə götürür. Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Ərizəçi ilə Maraqlı şəxs alimentin artırılması barədə razılığa gəldiyindən mediasiya prosesinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar 100 məbləğində dövlət rüsumu ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1 -ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə Maraqlı şəxs tərəfindən könüllü icrasından imtina edilmişdir. Maraqlı şəxs məhkəmə iclasında barışıq sazişilə müəyyən edilmiş alimentin miqdarının azaldılması xahişinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilikdə 2 halda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda 2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda (MPM 355-26-cı maddə). Qeyd edilən hallar iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Göründüyü kimi Mediasiya sessiyası nəticəsində bağlanmış sazişin şərtlərinin məhkəmə tərəfindən dəyişdirilməsi də qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişinin öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış və xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlə təsdiq edilsin:

1. “Tərəflər” alimentin artırılması barədə razılığa gəlirlər.

2. Maraqlı şəxs (ikinci tərəf) xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının 50 (əlli) manat artırılmasına etiraz etmir və Ərizəçi (birinci tərəfə) hər ay 200 (iki yüz) manat aliment ödəməyi öhdəsinə götürür.. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar