Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2003/2021 23.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 702.43 manat pulun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (əri) Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 10.02.2015-ci il tarixli, 179GTUM150410007 saylı kredit müqaviləsinə əsasən Kapital Bank ASC-də zamin durmuşdur. Həmin müqaviləyə əsasən Yeganəyə 1300 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini bir hissəsini icra etsə də qalıq 1210.96 manat kredit borcunun icra etmədiyi üçün bank məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin 31 mart 2016-ci il tarixli 2(046)- 1384/2016 saylı əmrinə əsasən ondan və Cavabdeh ümumilikdə müştərək qaydada 1210.96 manat kredit borcunun və 20 manat dövlət rüsumu alınaraq iddiaçı KapitalBank ASC-də ödənilməsi əmr edilmişdir. Kredit borcunun ödənilməsi üçün iddiaçı aldığı əməkhaqqından 682.43 manat kredit boru və 20 manat dövlət rüsumu KapitalBank ASC tərəfindən tutularaq Cavabdeh kredit borcuna ödənilmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı olan 702.43 manat borcunu tezliklə ödəyəcəkdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş KapitalBank ASC tərəfindən İddiaçı verilmiş 24.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə KapitalBank ASC arasında bağlanmış 10.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalan 1300 manat kredit borcunun 682.43 manatı və 20 manat dövlət rüsumu İddiaçı əmək haqqı kartından tutulmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh KapitalBank ASC-nə olan kredit borcundan İddiaçı tərəfindən 702.43 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunun mənasından göründüyü kimi, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun əvəzinə KapitalBank ASC-nə ödənilmiş 702.43 manat pulu zamin kimi cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 702.43 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 702.43 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilsin. Qətnamənin icrası Cavabdehnun yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Prbasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2003/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2003/2021
23.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver