Məhkəmə qərarları › İş №2(046)-331/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-331/2021

09.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-331/2021 09.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh Elton qızının iştirakı ilə, mənzilə köçürülmə, yaşayış sahəsinə maneəsiz daxil olma, cavabdehin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi və cavabdehin həmin mənzildən çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzvləri ilə birlikdə öz mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməsi, Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 10, 12 saylı mənzilə maneəsiz daxil olmağı və orada yaşamağının (olmağı) təmin olunması, Cavabdeh Elton qızının ünvan 1 saylı evə istifadə hüququ olmayan şəxs hesab edilməsi və Cavabdeh Elton qızı əmlakları ilə birlikdə Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianının həcminin azaldılması barədə ərizə təqdim edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh Elton qızı oğlu ilə 2016-cı ildə nikah bağlayaraq evlənmişlər. Oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra, Cavabdeh Elton qızı şəxsi əmlaklarını xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında mənzilə gətirmiş və həmin evə köçmüşdür. Cavabdehin oğlu ilə birgə nikahından iki uşaqları anadan olmuşdur. İlk vaxtlar Cavabdeh Elton qızı ilə gəlin-qaynata kimi münasibətləri normal olmuşdur. Bir müddət sonra cavadbeh Cavabdeh Elton qızı birgə yaşayış qaydalarına əməl etməmiş, onu qıcıqlandıran hərəkətlərə yol vermişdir. Buna görə də aralarında mübahisələr baş vermişdir. Cavabdeh hazırda onu öz mülkiyyətində olan evdə yaşamağa imkan vermir. Göyçay rayon Polis Şöbəsinə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. Hal-hazırda məcburiyyət qarşısında qalıb, ailəsi ilə birlikdə qızının evində yaşayır. Buna görə də Cavabdeh Elton qızının Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 10, 12 saylı mənzilə istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh Elton qızı iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun qaynatasıdır, iddiaçının oğlu ilə 2016-cı il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Əri və azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus mənzildə yaşayır. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia, iddiaçının məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamənun surətindən görünür ki, Cavabdeh Elton qızı ilə İddiaçı oğlu X2 xx.xx.2016-cı il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı cavabdehin əri X1 atasıdır. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı ərazı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Göyçay şəhəri Şəhriyar küçəsi ev 10, 12 mənzil İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Elton qızının barəsində “Elektron Məhkəmə” Sistemindən çıxarışdan görünür ki, Bağıyeva X3 şəhəri Şəhriyar küçəsi ev 10, 12 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan mənzildən cavabdeh olan gəlini Cavabdeh Elton qızını həmin mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini və cavabdehin əmlakı ilə birlikdə çıxarılmasını xahiş edir. Cavabdeh Elton qızı iddiaçının oğlu ilə xx.xx.2016-cı il tarixdə nikah bağlayaraq həmin mənzilə köçmüşdür. Mülkiyyətçi ilə cavabdeh arasında mənzildən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada bağlanmış müqavilə mövcud deyildir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh Elton qızı əmlakı ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzlindən heç bir hüquqi əsas olmadan istifadə etməklə həmin mənzildə yaşayaraq İddiaçı qeyd edilən mülkiyyət üzərində hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, Cavabdeh Elton qızının mübahisəli mənzildə istifadə hüququ yaranmadığından, iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini tələb etməkdə haqlı deyildir. Buna görə də iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; Göründüyü kimi hazırki iş üzrə Cavabdeh Elton qızı İddiaçı ailə üzvü olmadığından iddiaçı mülkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh Elton qızı əmlakı ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 mənzildən çıxarılmalıdır. Qeyd olunanalara əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 mənzildən Cavabdeh Elton qızı əmlakı ilə birlikdə çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver