Məhkəmə qərarları › İş №2(046)-465/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-465/2025

15.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-465/2025 15.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi, naturada bölünməsi, yaşayış evinin bölünməsi və köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonunun, Mallı-Şıxlı kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi, naturada bölünməsi, yaşayış evinin bölünməsi və həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək, ümumi birgə mülkiyyətdə olan 0.30 ha torpaq sahəsi üzərində payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 1996-cı ildə Cavabdeh1 ilə ailə həyatı quraraq cavabdehin valideynləri ilə birgə yaşadığı Göyçay rayonunun Mallı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 04 yanvar 1999-cu ildə Göyçay rayon İHBnın Yeniarx kənd İƏD üzrə nümayəndəliyində rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahlarından xx.xx.1997-ci ildə X6 anadan olmuşdur. Hal-hazırda qızı Könül Mikayılova ailə həyatı qurmuş və əri ilə birlikdə başqa ünvanda yaşayır. X1 xx.xx.2008-ci ildə vəfat etmişdir. Göyçay Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(046)-813/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə aralarında bağlanmış 04 yanvar 1999-cu il tarixli nikah ləğv edilmişdir. O, cavabdehlərin yaşadığı Göyçay rayonunun Mallı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçdükdən sonra həmin fərdi yaşayış evində birgə vəsaitləri hesabına xeyli yaxşılaşdırma işləri aparmışlar. Belə ki, 2021/2022-ci illərdə öz zəhməti ilə yığdığı vəsait hesabına yaşayış evinin çöl və içəri divarlarına suvax vurdurmuş, həyətdə və seyvanda hörgü işləri aparmaqla yanaşı əlavə sanitar qovşağı tikdirmiş, qapı-pəncərələri dəyişdirmiş və digər əlavə artırmalar etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialından verilmiş 23 avqust 2024-cü il tarixli, 141 nömrəli Arxiv arayışının surətindən görünür ki, “Göyçay RİHB-nın Yeniarx kənd üzrə nümayəndəliyinin Mallı-Şıxlı kəndinə aid 1996-2000-ci illərə dair 16 nömrəli təsərrüfatbaşma kitabın 1230-cu təsərrüfatında X3 ailə başçısı olmaqla öhdəsində 0,30 ha həyətyanı torpaq sahəsinin olması, yaşayış evinin ümümi sahəsi 75 kv/m, o cümlədən yaşayış sahəsinin 50 kvm olması və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: arvadı — Cavabdeh2, Cavabdeh1, gəlini — İddiaçı, nəvəsi - X6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 27/1848a nömrəli JN-218A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, “Bu şəhadətnamə ilə Göyçay rayon Aqrara İslahat Komissiyasının 08 dekabr 1997-ci il tarixli 07 nömrəli qərarı ilə 0.30 ha torpaq sahəsi Göyçay rayonu, Mallı-Şıxlı kənd sakinləri, X2, Cavabdeh2, Cavabdeh1, İddiaçı və X4 mülkiyyətinə verilib. Şəkli 1 saylı Mediasiya təşkilatının mediatoru X9 tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “X5 keçirilməsi barədə cavabdehlərə lazımi qaydada bildiriş göndərilsə də, cavabdehlər ilkin mediasiya sesiyasında iştirak etməmişlər. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixdə MŞŞ/2024- MT02131 nömrəli arayış tərtib edilmişdir. İlkin mediasiya sesiyası ilə bağlı 60 manat mediasiya xərci onun tərəfindən Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə baxış iclasında iddia tələbinin təmin olunmasına etiraz etməmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə proses iştirakçılarının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1999-cu il tarixdə Göyçay rayon İHB-nın Yeniarx kənd İƏD-si üzrə nümayəndəliyində 02 nömrə ilə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Göyçay Arxivinin Göyçay filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 141 nömrəli arayışından görünür ki, “Göyçay RİHB-nın Yeniarx kənd üzrə nümayəndəliyinin Mallı-Şıxlı kəndinə aid 1996-2000-ci illərə dair 16 nömrəli təsərrüfatbaşına kitabın 1230-cu təsərrüfatında X3 ailə başçısı olmaqla öhdəsində 0,30 ha həyətyanı torpaq sahəsinin olması, yaşayış evinin ümümi sahəsi 75 kv/m, o cümlədən yaşayış sahəsinin 50 kvm olması və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: arvadı — Cavabdeh2, Cavabdeh1, gəlini — İddiaçı, nəvəsi - X6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 27/1848a nömrəli JN-218A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, “Bu şəhadətnamə ilə Göyçay rayon Aqrara İslahat Komissiyasının 08 dekabr 1997-ci il tarixli 07 nömrəli qərarı ilə 0.30 ha torpaq sahəsi Göyçay rayonu, Mallı-Şıxlı kənd sakinləri, X2, Cavabdeh2, Cavabdeh1, İddiaçı və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. Şəkli 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞŞ/2024- MT02131 nömrəli arayışdan görünür ki, mediator X9 tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “X5 keçirilməsi barədə cavabdehlərə lazımi qaydada bildiriş göndərilmiş, cavabdehlər ilkin mediasiya sesiyasında iştirak etməmişlər. İlkin mediasiya sesiyası ilə bağlı 60 manat mediasiya xərci İddiaçı tərəfindən Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödənilmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 807 nömrəli arayışından görünür ki, X3 30 aprel 2008-ci il tarixdə ölmüşdür. Ölümü haqqında 02 may 2008-ci ildə 04 nömrəli akt qeydi tərtib edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olan iddiaçı öz payının ayrılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi: Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndi: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli qərarı: Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2024-cü il tarixli, 27/1848a nömrəli JN-218A nömrəli şəhadətnaməyə əsasən Göyçay rayonu, Mallı-Şıxlı kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0.30 ha torpaq sahəsi üzərində mərhum X2, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üzərində 1/5 hissədə payları müəyyən edilməli, ödənilmiş 100 dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməli, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2024-cü il tarixli, 27/1848a nömrəli JN-218A nömrəli şəhadətnaməyə əsasən Göyçay rayonu, Mallı-Şıxlı kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0.30 ha torpaq sahəsi üzərində mərhum X2, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üzərində 1/5 hissədə payları müəyyən edilsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Ödənilmiş 100 dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver