Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-507/2021 04.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, X2, X5 və Cavabdeh6 qarşı paylı mülkiyyətin naturada ayrılması və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 0.53 ha torpaq sahəsində cavabdehlərin uzun illər istifadə etdiyi hissədə olmaqla, onun, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1, X3 və Cavabdeh6 arasında 1/7 hissədə olmaqla naturada bölünməsi və torpaq sahəsinin onun uzun illər istifadə etdiyim hissədə qanunsuz inşa olunmuş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, hazırki iş üzrə Reyestr Xidmətinə müraciət edəcəyindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qayatılmasını, mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, X2, X5 və Cavabdeh6 qarşı paylı mülkiyyətin naturada ayrılması və tikililərin sökülməsi tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-507/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-507/2021
04.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver