Məhkəmə qərarları › İş №2(047)-348/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-348/2023

24.07.2023 · Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-348/2023 24.07.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-dən istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 27,81 faiz olmaqla 1833 ABŞ dolları məbləğində kredit verilmiş və həmin tarixdə bankla aralarında kredit müqaviləsi imzalanmışdır. O, da bir yoldaş kimi cavabdehə inanıb həmin müqavilə üzrə öhdəliyin icrasının təmin olunması məqsədilə ona zamin durmuş, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmiş, onun da bundan xəbəri olmamışdır. Nəticədə "xxxx" ASC borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Laçın Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(047)-903\2018 saylı məhkəmə əmri ilə əsas borclu Cavabdeh və ondan müştərək qaydada 1833 ABŞ dolları əsas, 1562,84 ABŞ dolları faiz borcu, cəmi 3395,84 ABŞ dolları məbləğində pul ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ilə borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanı ilə ondan və cavabdeh və Cavabdeh tutulması qeyd edilən cəmi 3395,84 ABŞ dolları restrukturizasiya edilmiş və 1496 ABŞ dolları borc saxlanılmışdır. Məhkəmə əmrinə etiraz verilmədiyi üçün həımin əmr Ağcəbədi rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Tələb bundan sonra da Cavabdeh tərəfindən tam yerinə yetirilməmiş, nəticədə icra sənədi üzrə 1496 ABŞ dolları əsas borc və 237 manat məbləğində icra ödənişinin tutulması onun əmək haqqına yönəldilmişdir. Belə ki, 2022-ci ilin yanvar ayının 27-də əmək haqqından 157,32 manat pul tutulduqdan sonra o, xx.xx.2023-cü il tarixdə 782.73 ABŞ dollarının ödəniş gününə olan məzənnəsi ilə 1332,59 manat pulu "xxxx" ASC-nin xəzinədarlığına tam olaraq ödəyib bütün borcu bağlamışdır. (Bu barədə qəbzləri iş materiallarına əlavə edir). Göründüyü kimi Cavabdeh təqsiri üzündən ona cəmi 1489,91 manat (1332,59+157,32=1489,91) maddi ziyan dəymişdir. Bundan sonra o, cavabdehdən ona borclu olduğu pulu dəfələrlə qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən də Cavabdeh 1489,91 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavbdeh Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirdi ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia qaldırıb və o, iddia tələbini qəbul edir. İddiaçının ona qarşı qaldırdığı 1489,91 manat pulun tutulub iddiaçıya ödənilməsinə etirazı yoxdur və ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə cavabdehi dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş müqavilədən görünür ki, iddiaçı "xxxx" ASC ilə İddiaçı və Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh illik faiz dərəcəsi 27.81% olmaqla 24 ay müddətinə 1833 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı zamin durmuşdur. İş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(047)-903/2018 saylı əmrindən görünür ki, borclular Cavabdeh və İddiaçı müştərək qaydada 1833 ABŞ dolları əsas, 1562,84 ABŞ dolları faiz borcu, cəmi 3395,84 ABŞ dolları məbləğində pul ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə əmr çıxarılmışdır. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ümumilikdə 1489,91 manat pul İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh və İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh "xxxx" ASC tərəfindən illik faiz dərəcəsi 27,81% olmaqla 24 ay müddətinə 1833 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı zamin durmuş, bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Lakin əsas borclu Cavabdeh tərəfindən qeyd edilən kredit məbləği ödənilmədiyindən zamin İddiaçı tərəfindən ümumilikdə 1489,91 manat pul "xxxx" ASC-nin və Ağcabədi rayon icra və probasiya şöbəsinin (icra ödənişi qismində) hesabına ödənilmişdir. Bundan sonra İddiaçı dəfələrlə ödənilən həmin pul məbləğinin əsas borclu olan Cavabdeh tələb etsə də cavabdeh qeyd edilən məbləği ona qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə, həmçinin belə hesab edir ki, iddiaçının iddia tələbinin cavabdeh tərəfindən qəbul edilməsi və bu barədə məhkəməyə müvafiq yazılı ərizəsini təqdim etməsi də özü-özlüyündə məhkəmə tərəfindən göstərilən iddia tələbinin qeydşərtsiz qəbul edilməsi halını özündə ehtiva etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 1489,91 manat borcun tutularaq İddiaçı verilməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1489,91 manat borc pul tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1489,91 (bir min dörd yüz səksən doqquz manat doxsan bir qəpik) manat borc pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver