Məhkəmə qərarları › İş №2(048)-339/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-339/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-339/2024 02.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirəzyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəmənin inzibati binasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikah dövründə alınmış 5300 manat kredit borcunun və 1841 manat faiz borcunun ½ hissəsini təşkil edən 3750 manat pul və ödənilmiş 50 manat ilkin mediasiya sessiyası xərcinin və 7.5 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 fevral 2013-cü il tarixdə nikahların 02 sayla rəsmiləşdirməklə ailə həyatı qurmuşlar.Birgə nikahdan 24 iyul 2013-cü il tarixdə X3 anadan olmuşdur.Xəzər Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur.Cavabdehlə birgə nikah dövründə 13 may 2023-cü il tarixdə "xxxx" ASC-dən 36 ay müddətinə 5300 manat məbləğində kredit götürmüşdür və həmin məbləğə 1841.81manat faiz hesablanmış, ödəniş məbləği hər ay 198.32 manat olmaqla 7141.81 manat təşkil etmişdir.Ona görə də 7141.81 manat kredit məbləğinin ½ hissəsini təşkil edən 3570 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır.İddiaçı ondan tələb etdiyi kredit məbləğinin ½ hissəsinin ondan alınması əsassızdır.Belə ki, həmin kredit məbləğin onlar birgə nikah dövründə bakdan götürülərək öz evlərini təmir etdirmişlər.həmin pulun ondan iddiaçı tərəfindən tələb olunması əsassızıdır.Ona görədə məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 16789 saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə 7.5 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Mediasiya Şurası Bakı 11 saylı Mediasiya təşkilatının X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00186 nömrəli arayışdan görünür ki, iddiaçi İddiaçı Bakı 11 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 290030-480/2024 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah akt qeydi pozulmuş tərəflərin birgə nikahında olan Akşin adlı uşağ anasının yanında saxlanmaqla həmin uşaqın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbıəğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehə 3750 manat məbləğində pulun ona verilməsini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin 3750 manat məbləğində pulun ona verilməsi ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş 7.5 manat dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver