Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1847/2023 13.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X1, Ərizəçi Abdullayeva Təsvı̇ rə Şərı̇ f qızı, Ərizəçinin nümayəndəsi və vəkili Masallı Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 iştirakı ilə açıq məhkəmə iclasında ərizəçi Abdullayeva Təsvı̇ rə Şərı̇ f qızının Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan edilməsi haqqında tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi̇ : Ərizəçi Abdullayeva Təsvı̇ rə Şərı̇ f qızın Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan edilməsi haqqında tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və maraqlı şəxsin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: Ərizəçi Abdullayeva Təsvı̇ rə Şərı̇ f qızının Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan edilməsi haqqında tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1847/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1847/2023
13.06.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver