Məhkəmə qərarları › İş №2(049)-2162/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2162/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2162/2025 19.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi və Cavabdeh2 qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi və Cavabdeh2 qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrə ilə rəsmiləşdirilmiş Çıxarış adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsi, Lerik şəhəri, Həzi Aslanov küçəsi ev 7, ümumi sahəsi 66,30 kv.m. olan 14 nömrəli 3 otaqlı kommunal mənzilin ona təhvil verilməklə adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk növbədə qeyd edilməlidir ki, hazırki iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu barədə xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzdən görünür ki, iddiaçı müvafiq dövlət rüsumunu Lənkəran Rayon Məhkəməsinə ödəməli olduğu halda, 100 manat məbləğində dövlət rüsumunu Lerik Rayon Məhkəməsinə ödəmişdir. Göründüyü kimi İddiaçı tərəfindən iddianın verilməsi üçün qanunla müəyyən edilmiş dövlət rüsumu aidiyyəti üzrə məhkəməyə ödənilməmişdir. Bundan başqa, iddiaçı tələbində X1 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrə ilə rəsmiləşdirilmiş Çıxarış adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçının qeyri-müəyyən tələblə məhkəməyə müraciət etməsi səbəbindən hazırki halda işin inzibati və ya ümumi məhkəməyə aidiyyətini müəyyən etmək mümkün deyildir. Buna görə də belə nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** №-li nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi və Cavabdeh2 qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li nömrəli mədaxil qəbzi əsasında ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver