Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-347/2023 01.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla, yəni Ərizəçi ilə X2 birgə nikahından doğulmuş X8 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonunun Gəgiran kəndində doğulması faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 07 iyun 2013-cü ildə Lənkəran rayon Gəgiran kənd sakini X7 ilə nikahları Lənkəran rayon Gəgiran kənd İnzibati Ərazi dairəsində nümayəndəliyində 17 sayla rəsmiləşdirməklə ailə qurmuşlar. Hal-hazırda da bir ailə kimi Lənkəran rayonunun Gəgiran kəndində yaşayırlar. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Lənkəran rayonunun Gəgiran kəndində Yusub adlı bir oğlan uşaqları doğulmuşdur yaşayırlar. Yusub adlı uşaq ev şəraitində doğulduğundan və doğumu haqqında tibbi arayış olmadığından doğum haqqında şəhadətnamə ala bilməmişdir. Övladı böyüdükcə doğum şəhadətnaməsinin olmaması müəyyən çətinliklər yaradır. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, bu barədə həkim arayışı olmadığına görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. O faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizəsi ilə məhkəməyə müraciət edib. O faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq təyin edilmiş məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Ərizəçi onun gəlini, Fail Həsənov isə onun oğludur. Onların birgə nikahların 3 uşaqlar var. Rasif Həsənov, Rasimə Həsənova və Yusub Həsənovdur. Yusub Həsənov 17 may 2022-ci il tarixdə Lənkəran rayonu Gəgiran kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. Yusub Həsənovun atasıdır. Yusub Həsənov 17 may 2022-ci il tarixdə Lənkəran rayonu Gəgiran kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Ərizəçi onun gəlini, Fail Həsənov isə onun oğludur. Onların birgə nikahların 3 uşaqlar var. Rasif Həsənov, Rasimə Həsənova və Yusub Həsənovdur. Yusub Həsənov 17 may 2022-ci il tarixdə Lənkəran rayonu Gəgiran kəndində doğulmuşdur. İş materiallarında olan Lənkəran rayon mərkəzi xəstəxanası Gəgiran kənd həkim məntəqəsinin xx.xx.2022-ci il tarixli tibbi arayışdan görünür ki, Yusub Həsənov xx.xx.2022ci il tarixdə doğulmuşdur.Uşaq hal-hazırda yaşayır. Praktiki sağlamdır. «Nikah haqqında» haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 və X5 07 iyun 2013-cü il tarixdə Lənkəran rayon Gəgiran kənd inzibati ərazi dairəsində nümayəndəlində 17 sayla nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış məktubundan görünür ki, sənədlər tam şəkildə olmadığından doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edimişdir ki, Ərizəçi ilə Fail Həsənov 07 iyun 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2022ci il tarixdə Lənkəran rayonu, Gəgiran kəndində Yusub adlı övladları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci madddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü madddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3 və 307.2.10-cu maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının və talığın etiraf olunması faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Yusub adlı şəxsin 17 may 2022-ci il tarixdə Lənkəran rayonu Gəgiran kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X2 rəsmi nikahından olan X11 adlı uşağın 17 may 2022-ci il tarixdə Lənkəran rayonu, Gəgiran kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-347/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-347/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver