Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3595/2025 04.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul və avtomobil tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul və avtomobil tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh 5 ay ərzində yaranmış 3185 manat pul və ödənilmiş 52 manat dövlət rüsumunun, İddiaçı MMC-dən icarəyə götürdüyü X2 mülkiyyətində olan “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq iddiaçıya təhvil verilməsi və avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, icarəyə verən “313 Cars MMC” ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli avtonəqliyyat vasitəsinin icarəsi haqqında iltizam müqaviləsi bağlanmışdır. Həmin müqavilədə qeyd edilmiş “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci ildə qəbul etmək, nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək cavabdehin öhdəliklərinə aid edilmişdir. X3 məxsus olan “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili xx.xx.2025-ci il tarixdən 26 ay müddətinə hər ay 637 manat olmaqla Cavabdeh avtonəqliyyat vasitəsinin icarə haqqında iltizam əsasında icarəyə verilmişdir. Lakin, Cavabdeh müqavilə üzrə öhdəliyinin yerinə yetirilməməsi ilə (ödənilməli olan icarə haqqı) müqavilədə nəzərdə tutulan normaları pozmuş, müqavilənin mahiyyətinə zidd olaraq, avtomaşından istifadə edərək 5 ay 3185 manat ödəmişdir. Bildirir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Hal-hazırda avtomobil Cavabdehdır. Onun hərəkətlərindən belə məlum olur ki, icarə haqqını vermək fikri yoxdur və avtomaşını qaytarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Cavabdehin hərəkəti, yəni icarəyə götürdüyü avtomobilə görə ödəməli olduğu məbləği ödəməməsi ona qarşı iddia tələbinin əsaslı olduğunu göstərir. Hesab edir ki, məhkəmə Cavabdeh “313 Cars MMC”-dən icarəyə götürdüyü X3 məxsus olan “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5 ay ərzində ödənilməmiş 3185 manat icarə haqqı pulu, o cümlədən “313 Cars MMC” ilə Cavabdeh arasında bağlanmış “avtonəqliyyat vasitəsinin icarə haqqında” iltizamın ləğv edilməsi və icarə obyekti olan X2 mülkiyyətində olan avtomobilin cavabdehdən alınaraq iddaçıya verilməsi, 52 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə qəbul etməlidir. Məhkəmənin təşəbbüsü ilə X5 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cxəlb edilmişdir. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizədə iştirakı olmadan işə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iştirak edərək verdiyi izahatında bildirdi ki, İddiaçı direktorudur. “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4r. O, X5 ilə müqavilə bağlayaraq həmin avtomobili icarə müqaviləsi əsasında 26 ay müddətinə cavabdehin istifadəsinə vermiş və aralarında olan razılaşmaya görə cavabdeh hər ay 637 manat ödəməli idi. Lakin, cavabdeh 5 ay müqavilənin şərtlərinə əməl etsə də, ondan sonrakı müddətdə yayınmış və ona xəbərdarlıq etmək üçün dəfələrlə telefonla əlaqə saxlanılsa da, telefon zənglərinə cavab verməmişdir. Hazırda harda yaşaması və ona verilmiş avtomobilin harda saxlanılması barədə məlumatı yoxdur. Məcbur olub məhkəməyə müracət etmiş və iddia tələbinin təmin edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, iş üzrə üçüncü şəxs qismində tanınması ilə tam razıdır və hazırki mübahisə üzrə ona məxsus olan avtomobilin qaytarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmənin hazırlıq iclasına teleqram ünvanlayaraq səhətilə əlaqədar məhkəmə hazırlıq iclasında işdə iştirak edə bilmədiyi üçün məhkəmə baxışının təxirə salınmasını xahiş etmiş, lakin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclaslarına da gəlməmiş və iddia tələbinə münasibət bildirməmiş, hər hansı məzmunda vəsatət və ya ərizə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2025-ci il tarixli icraə müqaviləsindən görünür ki, icarəyə verən X5 və icarəçi İddiaçı arasında “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin fəaliyyəti üçün onun icarəçinin icarəsinə dair xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2025-ci il tarixli avtonəqliyyat vasitəsinin icarəsi haqqında iltizamdan görünür ki, “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi icarəyə verən İddiaçı direktoru X1 tərəfindən icarəçi Cavabdeh 26 ay müddətinə, hər ayın 23-nə kimi ayda 637 manat ödəmək şərtilə icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş VÖEN (**********)-dən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı direktoru X1 xx.xx.2021-ci il tarixdən vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş BA 456136 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR., İ.Dadaşov küçəsi, ev 72, m.12-də qeydiyyatda olan X4r. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş ƏN-Vİİ nömrəli 315390 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 həmin nəqliyyat vasitəsini 2 il 2 ay müddətinə, xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək Cavabdeh etibar etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Bakı şəhər 14 saylı notariat ofisində X2 (onun əvəzinə X1) xx.xx.2025-ci il tarixdə təsdiq olunan ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, 14 saylı notariat ofisində Cavabdeh verilmiş 7E-566 reyestr nömrəli etibarnaməyə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş BC kateqoriyalı AF 125305 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə xx.xx.2018-ci ildən xx.xx.2028-ci il tarixədək Cavabdeh verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 52 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 ilə “313 Cars MMC”-nin direktoru X1 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış 10 saylı icarə müqaviləsi əsasında icarəyə verən X5 özünə məxsus, mülkiyyətindəki “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini icarəçi “313 Cars MMC”yə vermişdir. Eyni tarixli avtonəqliyyat vasitəsinin icarəsi haqqında iltizam müqaviləsi 26 ay müddətinə, hər ayın 23-nə kimi 637 manat ödəniş etmək şərtilə Cavabdeh ilə iddiaçı “313 Cars MMC”-nin arasında bağlanmışdır. İltizam müqaviləsinin şərtlərinə əsasən cavabdeh ödənişi 1 gün gecikdirdiyi halda qarşıdan gələn növbəti ayın ödənişini ödəməyi öhdəsinə götürmüş, ödənişlər müqavilə şərtlərinə uyğun ödənilmədiyi təqdirdə isə iddiaçı cavabdehə verilmiş etibarnaməni ləğv etmək, İddiaçı MMC-nin istənilən əməkdaşı yerindən və vəziyyətindən asılı olmayaraq cavabdehin iştirakının olub-olmaması fərqi olmadan avtomobili götürmək ixtiyarına malikdir. Cavabdeh razılaşdırlmış müddətdə icarə haqqını tam olaraq iddiaçıya ödəməmiş, ona icarəyə verilmiş avtomaşından istifadə edərək 5 ay 3185 manat ödəsə də, məhkəməyə müraciət olunan tarixədək olan müddət üçün, yəni 2 ay 24 günün ödənişini ödəməmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış avtonəqliyyat vasitəsinin icarəsi haqqında iltizam müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehin yaranmış borcunu ödəməsini və X2 mülkiyyətində olan “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilin cavabdehdən alınaraq geri qaytarılmasını tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclaslarına gəlməmiş, eləcə də iddiaya dair öz mülahizə və etirazlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Həmin Məcəllənin 385.3-cü maddəsinə görə Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi Cavabdeh iddiaçı ilə bağlanmış icarə müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək icarə haqqını razılaşdırılmış müddətdə qaytarmamış və buna görə iddiaçının ondan həmin pulun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, icarə müqaviləsi üzrə öhdəlik icra olunmadığından iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən məhkəməyə müraciət edilən tarixədk ödəmədiyi 2 ay 24 gün üçün icarə haqqına görə 1783 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin əqdin (icarə haqqında iltizamın) ləğv edilməsi hissəsinə münasibət bildirərək, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Belə ki, məhkəmə yuxarıda qeyd edilən qanunveviricilik normasına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi “icarə haqqında iltizamın ləğv edilməsi hissəsində” əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin avtomobil tələbi hissəsinə münasibət bildirərək, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki hallarından müəyyən edilir ki, mübahisə predmeti olan “Mercedes Benz E 200” minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil X2 xüsusi mülkiyyətindədir və Sima Vəliyeva həmin avtomobil tələbi ilə əlaqədar iddia qaldırmamışdır. Eyni zamanda X5 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəməyə ünvanladığı ərizədə hazırki mübahisə üzrə ona məxsus olan avtomobilin qaytarılmasını xahiş etsə də, həmi avtomobilin kimə qaytarılmasını qeyd etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı sözügedən avtomobilin ona təhvil verilməsi barədə iddia verməyə subyektiv hüququ olmamışdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “avtomobil tələbi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 52 manat dövlət rüsumunun 37,80 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 14.20 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh icarə haqqına görə 1.778 manat məbləğində pul və 37.80 qəpik dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. İddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 52 manat dövlət rüsumu məbləğinin qalan 14.20 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3595/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3595/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver