Məhkəmə qərarları › İş №2(050)-1842/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1842/2024

15.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Torpaq mübahisələri - Mənzil mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1842/2024 15.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı əmlak, evin və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh, içərisi dəyərli əmlaklarla dolu olan qoşa sandıqlar - 200 manat,15 ədəd qədimi çini boşqablar-50 manat, 29 ədəd qədimi çini kasalar-80 manat, vazalar-30 manat, stəkan nəlbəki dəstləri-60 manat, ağ kətan parçalar və xara parçalar-80 manat, geyim paltarları (həm ona,həm anasına məxsus)-300 manat, tibbi kitablar,fotoalbomlar,dəftərlər- 40 manat, atasının 1941-1945-ci il 7 ədəd müharibə medalları-20 manat, 2 ədəd stol, 4 ədəd stul-60 manat, 3 ədəd çarpayı-70 manat 3 ədəd həsir-20 manat, odun və xörək bişirən peç-70 manat, 1 ədəd elektrikli çaydan-30 manat, 2 emallı qazan-20 manat 2 ədəd alüminium (3-4 lt.-lik)-30 manat, 5 ədəd yemək bişirmək üçün müxtəlif ölçüdə qazanlar-70 manat, 2 ədəd podnoslar-20 manat, çörək bişirən soba «Xarkov»-70 manat 3 ədəd yun ədyal (böyük)-40 manat, hamam dəsmalları-4 ədəd-20 manat, can dəsmalları-4 ədəd-15 manat, əl-üz dəsmalları-4 ədəd-20 manat, çörək tabağı- 5 manat ələk,xəlbir,maşa-10 manat, çəngəl-bıçaq dəstləri-50 manat, 5 ədəd 10 kq döşək (yundan)-80 manat 6 ədəd 3,5 kq yorğan-50 manat, palaz (3X4 ölçüdə)-20 manat, 1 ədəd kətan palaz (2X3 ölçüdə)-15 manat, 2 ədəd mütəkkə (9 kq)-30 manat, 4 ədəd yastıq (toyuq tükündən) 20 manat, 1 ədəd samovar-30 manat, 5 şiş-kabab bişirən-20 manat, 1 ədəd təndir-50 manat, 1 ədəd balta-5 manat, bel, yaba və digər avadanlıqlar-50 manat, atasından miras qalan evin mülkiyyət sənədi, atasının onun adına olan vəsiyyətnaməsi anasının ona hədiyə etdiyi 2 ədəd bilərziklər-600 manat qoşa vedrələr, vannalar 6 ədəd pərdələr-tüllər, 300 manat süpürgə, xəkəndaz-20 manat, 2 ədəd qoşa çemodanlar-50 manat Mahir və Məhbubə tərəfindən oğurlanan 1000 manat yas pulunun alınıb ona verilməsi və cavabdehlərin yaşadıqları 15 sot torpaq sahəsinin ev üzərində olan 7 sotunun və Ərkivan kəndində yerləşən valideynlərinə məxsus 20 sot torpaq sahəsinin boşaldılaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1947-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuş və bu qəsəbədə valideynlərinə məxsus evdə yaşamış və onların vəfatından sonra da o, valideynlərindən miras qalan əmlaklardan istifadə etmiş və bu evdə daimi yaşadığı üçün onun bu evdə əmlakları da olmuşdur. Lakin mütəmadi olaraq ata mülkünə gedib-gəlməsinə baxmayaraq cavabdehlər sonradan onun əmlaklarını bu evdən oğurlamış və onu ata yurduna buraxmamışlar və sonradan isə ona məlum olmuşdur ki, Aqrar İslahat aparılan zaman bu şəxslər atasından və anasından miras qalan torpaq sahələrini öz adlarına keçirmiş və bununla bağlı şəhadətnamə də almışlar. Halbuki o, bu torpaq sahəsinin və onun üzərində yerləşən evin sahibi olmuş A.Abdullayevin və K.Abdullayevanın övladıdır və bu şəxslər də hazırda cavabdehlərin yaşadıqları və qapısını onun üzünə bağladıqları evin və həyətyanı torpaq sahəsinin sahibləridirlər. O, atasına və anasına baxmış, onların qulluğunda durmuş, lakin bu şəxslər onlara baxmamışlar, qulluq etməmişlər, əksinə anası Məhbubə ilə əlbir olaraq əmlaklarını zəbt etmişdir. O, adları qeyd olunan şəxslərin qanun üzrə birinci növbə vərəsələri olduğu üçün həmin əmlakdan ona çatası pay və bu evdə olmuş əmlaklar cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Cavabdehdən tələb etdiyi əmlaklar aşağıdakılardır: içərisi dəyərli əmlaklarla dolu olan qoşa sandıqlar - 200 manat,15 ədəd qədimi çini boşqablar-50 manat, 29 ədəd qədimi çini kasalar-80 manat, vazalar-30 manat, stəkan nəlbəki dəstləri-60 manat, ağ kətan parçalar və xara parçalar-80 manat, geyim paltarları (həm ona,həm anasına məxsus)-300 manat, tibbi kitablar, fotoalbomlar, dəftərlər- 40 manat, atasının 1941-1945-ci il 7 ədəd müharibə medalları-20 manat, 2 ədəd stol, 4 ədəd stul-60 manat, 3 ədəd çarpayı-70 manat, 3 ədəd həsir-20 manat, odun və xörək bişirən peç-70 manat, 1 ədəd elektrikli çaydan-30 manat, 2 emallı qazan-20 manat 2 ədəd alüminium(3-4 lt.-lik)-30 manat, 5 ədəd yemək bişirmək üçün müxtəlif ölçüdə qazanlar-70 manat, 2 ədəd podnoslar-20 manat, çörək bişirən soba «Xarkov»-70 manat, 3 ədəd yun ədyal (böyük)-40 manat, hamam dəsmalları-4 ədəd-20 manat, can dəsmalları-4 ədəd-15 manat, əl-üz dəsmalları-4 ədəd-20 manat, çörək tabağı- 5 manat, ələk,xəlbir,maşa-10 manat, çəngəl-bıçaq dəstləri-50 manat, 5 ədəd 10 kq döşək (yundan)-80 manat, 6 ədəd 3,5 kq yorğan-50 manat, palaz (3X4 ölçüdə)-20 manat, 1 ədəd kətan palaz (2X3 ölççüdə)-15 manat, 2 ədəd mütəkkə (9 kq)-30 manat, 4 ədəd yastıq (toyuq tükündən) 20 manat, 1 ədəd samovar-30 manat, 5 şiş-kabab bişirən-20 manat, 1 ədəd təndir-50 manat, 1 ədəd balta-5 manat, bel, yaba və digər avadanlıqlar-50 manat, atasından miras qalan evin mülkiyyət sənədi, atasının onun adına olan vəsiyyətnaməsi anasının ona hədiyə etdiyi 2 ədəd bilərziklər-600 manat, qoşa vedrələr, vannalar 6 ədəd pərdələr tüllər-300 manat süpürgə, xəkəndaz-20 manat, 2 ədəd qoşa çemodanlar-50 manat, Mahir və Məhbubə tərəfindən oğurlanan 1000 manat yas pulu. Bundan başqa cavabdehlərin yaşadıqları evin torpaq sahəsi 15 sot təşkil etmişdir ki,onun da 7 sotunu valideynləri ona hədiyə etmiş və həmin torpaq sahəsini evlə birlikdə ona qaytarılmasını istəyir. Ərkivan kəndində yerləşən və valideynlərinə məxsus 20 sot torpaq sahəsinin də cavabdehdən alınaraq ona qaytarılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin maddi imkanın yaxşı olmasına baxmayaraq, onun əmlaklarını qaytarmır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan: JN-259A nömrəli kod 80503016 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətlərindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 034 saylı qərarı əsasında X4 0.09 ha fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə həmçinin X1, X5 və X2 adları qeyd olunmuşdur. JN-260B nömrəli kod 80503016 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətlərindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 034 saylı qərarı əsasında Cavabdeh 0.06 ha fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə həmçinin X12, X3, X6 və X7 adları qeyd olunmuşdur. Ölüm akt qeydi barədə arayışlardan görünür ki, iddiaçının atası X13 11 oktyabr 1968-ci ildə, anası X8 08 may 1975-ci ildə, bacısı X15 14 dekabr 2006-cı ildə, qardaşı X9 18 yanvar 2007-ci ildə vəfat etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. “İnsan Hüquqları və X11 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Məhkəmədə iddiaçı iddia tələbində qeyd olunan əşyaların cavabdehdə olması və cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin tutulduğunu qeyd etsə də, bu barədə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfin izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin 21 yanvar 2020ci il tarixli, 2(106)268/2020 saylı qətnaməsindən görünür ki, məhkəmə İddiaçı mərhum atasının mirasın açıldığı 11 oktyabr 1968-ci il tarixə, xüsusi mülkiyyətdə torpaq sahəsinin və evinin olması sübuta yetmədiyi qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin). b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbqi edilməli olan hüquq normalarına müvafiq, məcmu halında hüquqi qiymət verməklə, hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddia əsassızdır və rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı içərisi dəyərli əmlaklarla dolu olan qoşa sandıqlar - 200 manat,15 ədəd qədimi çini boşqablar-50 manat, 29 ədəd qədimi çini kasalar-80 manat, vazalar-30 manat, stəkan nəlbəki dəstləri-60 manat, ağ kətan parçalar və xara parçalar-80 manat, geyim paltarları (həm ona,həm anasına məxsus)-300 manat, tibbi kitablar,fotoalbomlar,dəftərlər- 40 manat, atasının 1941-1945-ci il 7 ədəd müharibə medalları-20 manat, 2 ədəd stol, 4 ədəd stul-60 manat, 3 ədəd çarpayı-70 manat 3 ədəd həsir-20 manat, odun və xörək bişirən peç-70 manat, 1 ədəd elektrikli çaydan-30 manat, 2 emallı qazan-20 manat 2 ədəd alüminium (3-4 lt.-lik)-30 manat, 5 ədəd yemək bişirmək üçün müxtəlif ölçüdə qazanlar-70 manat, 2 ədəd podnoslar-20 manat, çörək bişirən soba «Xarkov»-70 manat 3 ədəd yun ədyal (böyük)-40 manat, hamam dəsmalları-4 ədəd-20 manat, can dəsmalları-4 ədəd-15 manat, əl-üz dəsmalları-4 ədəd-20 manat, çörək tabağı- 5 manat ələk,xəlbir,maşa-10 manat, çəngəl-bıçaq dəstləri-50 manat, 5 ədəd 10 kq döşək (yundan)-80 manat 6 ədəd 3,5 kq yorğan-50 manat, palaz (3X4 ölçüdə)-20 manat, 1 ədəd kətan palaz (2X3 ölçüdə)-15 manat, 2 ədəd mütəkkə (9 kq)-30 manat, 4 ədəd yastıq (toyuq tükündən) 20 manat, 1 ədəd samovar-30 manat, 5 şiş-kabab bişirən-20 manat, 1 ədəd təndir-50 manat, 1 ədəd balta-5 manat, bel, yaba və digər avadanlıqlar-50 manat, atasından miras qalan evin mülkiyyət sənədi, atasının onun adına olan vəsiyyətnaməsi anasının ona hədiyə etdiyi 2 ədəd bilərziklər-600 manat qoşa vedrələr, vannalar 6 ədəd pərdələr-tüllər, 300 manat süpürgə, xəkəndaz-20 manat, 2 ədəd qoşa çemodanlar-50 manat Mahir və Məhbubə tərəfindən oğurlanan 1000 manat yas pulunun alınıb ona verilməsi və cavabdehin yaşadığı 15 sot torpaq sahəsinin ev üzərində olan 7 sotunun və Ərkivan kəndində yerləşən valideynlərinə məxsus 20 sot torpaq sahəsinin boşaldılaraq ona qaytarılması tələbinə dair iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver