Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2758/2025 04.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında mebel yığılması ilə əlaqədar bağlanmış müqavilənin ləğv edilməsi, mebel yığılması ilə bağlı ödədiyi 3000 manat pul vəsaitinin, mebelin ciddi qüsurlarla yığılması, həmin qüsurların aradan qaldırılmasından imtina olunması, bununla əlaqədar mənzilin qalan təmir işlərinin və mənzilə köçməsinin yubanması ilə bağlı dəyən mənəvi ziyanın əvəzi olaraq 1000 manat pul vəsaitinin, digər şirkət tərəfindən mebelin üzərinə quraşdırılmış mərmər dəzgahın demontaj zamanı yararsız hala düşəcəyi və məcburən yenisini sifariş verəcəyi üçün 1000 manat pul vəsaiti və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 60 manat pul vəsaitinin Cavabdeh tututulub ona ödənilməsi, ona dəymiş maddi və mənəvi ziyan ödənildikdən sonra mənzilində quraşdırılmış mebellərin cavabdehin hesabına sökülərək aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin başlıq hissəsində iddia ərizəsində müraciət etmək istədiyi məhkəmənin adını “Abşeron Rayon Məhkəməsi” kimi qeyd etmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdehlə müqavilə bağladığını, həmin müqavilənin ləğv edilməsini xahiş etsə də, həmin müqavilənin surətini iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.1-ci maddəyə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı qeyd edilməlidir. 149.2.5-ci maddəyə əsasən ərizəyə sənədlərin siyahısı əlavə edilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. İddiaçı izah edilmədir ki, ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2758/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2758/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver