Məhkəmə qərarları › İş №2(050)-743/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-743/2024

13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı - Şəxslə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-743/2024 13.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi (maraqlı şəxs - Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi) üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs - Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi) mərhum bacısı X4 04 sentyabr 1948-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulması və həmin kənd sakinləri X1 ataları, mərhum X14 anaları, mərhum X4 bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxx 1963-cü ildə, bacısı 04 sentyabr 1948-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuşlar. X2 nikahı olmamış, o, ataları X9 ilə qeyri-rəsmi faktiki nikahda yaşamışdır. Bu səbəbdən də doğum akt qeydi kitabında anasının adı qeyd edilməli, atasının adı isə anasının deməsinə görə və ya atasının ərizəsinə əsasən qeyd edilməli idi. Lakin Masallı Rayon Qeydiyat şöbəsinin 16 dekabr 2023-cü il tarixli məktubundan aydın olur ki, onunla bağlı atalıq, bacısı Fatmanisə ilə bağlı isə doğum akt qeydi kitabında hansısa səbəbdən ümumiyyətlə doğumuna dair qeydiyyat aparılmamışdır. X36 24 dekabr 1996-cı il tarixdə, atası Novruz Məmmədov isə 23 oktyabr 2011-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də onların onun və bacısı Fatmanisənin valideynləri olmaları barədə birgə ərizə vermələri mümkün deyildir. Halbuki, təsərrüfatbaşına kitablarda Novruz Məmmədovun təsərrüfatbaşçısı olmaqla onun da, bacısı Fatmanisənin də onunla Tamam Məmmədovanın təsərrüfatında onların qızı kimi yazılması və Fatmanisə Məmmədovanın 04 sentyabr 1948-ci ildə doğulmasına dair qeydlər vardır. Lakin doğum akt qeydinin olmaması nəticəsində bir sıra hüquqlardan, o cümlədən atasından və bacısı Fatmanisədən qalmış miras əmlakı adına sənədləşdirməkdən məhrum olur. Bu səbəbdən atalıq faktının və bacısı Fatmanisənin doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, bacısı X10 evlənməmişdir. Sonda Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun həm qonşusu, həm də baldızıdır. X3, anası X26 olmuşdur. Sübsaranın bacısı Fatmanisə vəfat etmişdir. Digər bacıları Məhbubə, Fiqumə, Məqrubədir. Fatmanisənin yas mərasimində iştirak etmişdir. Fatmanisə ailə həyatı qurmamışdır. Fatmanisənin X3, anası X26 olmuşdur. Onlar da vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi yeznəsidir. Subsaranın X3, anası X26 olmuşdur. Sübsaranın bacısı X10 vəfat etmişdir. Fatmanisənin yas mərasimində iştirak etmişdir. Fatmanisə ailə həyatı qurmamışdır. Fatmanisənin X3, anası X26 olmuşdur. Onlar da vəfat etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Doğum haqqında arayışdan görünür ki, X15 xx xxx 1963-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulmuşdur, X3, anası X19r. - Maraqlı şəxs 16 dekabr 2023-cü il tarixli, 3-16-5/8-2338/2023 saylı arayışından görünür ki, xx.xx.1963-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X15 haqqında Maraqlı şəxs arxivində atalıq haqqında akt qeydi aşkar edilməmişdir. - Maraqlı şəxs 16 dekabr 2023-cü il tarixli, 3-16-5/8-1475/2023 saylı arayışından görünür ki, xx.xx.1946-cı il tarixdən xx.xx.1996-cı il tarixədək X26 haqqında Maraqlı şəxs arxivində nikah haqqında akt qeydi aşkar edilməmişdir. - Ölüm haqqında arayışdan görünür ki, X26 24 dekabr 1996-cı ildə ölmüşdür. - Ölüm haqqında arayışdan görünür ki, X10 07 yanvar 2016-cı ildə ölmüşdür. - Ölüm haqqında arayışdan görünür ki, X11 23 oktyabr 2011-ci ildə ölmüşdür. - Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1457/2023 nömrəli arayışından görünür ki, 12 sentyabr 1948-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş X4 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində saxlanılan ilkin doğum və bərpa aktları qeydləri, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. - Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 1980-1982-ci illərə aid 2 saylı təsərrüfatbaşına kitabın 146-cı təsərrüfatdan çıxarışdan görünür ki, 1924-cü il təvəllüdlü X5 ailə üzvləri arvadı 1923-cü il təvəllüdlü X26, qızı 04 sentyabr 1948-ci il təvəllüdlü X10, qızı 27 oktyabr 1957-ci il təvəllüdlü X13, qızı 25 fevral 1959-cu il təvəllüdlü X6, qızı xx xxx 1963-cü il təvəllüdlü X15 təsəsrrüfatda olan şəxslər kimi göstərilmişdir. - Nikah haqqında şəhadətnamədən görünür ki, X38 ilə X15 nikahlarını 19 iyun 1982ci ildə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) Ələmov (a) soyadı verilmişdir. -Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli, 463 nömrəli arayışdan görünür ki, Ərizəçi X3 xx.xx.2011-ci ildə vəfat etmiş, X5 yaşayış yeri Masallı rayonu, Qızılağac kəndi olmuş, ölənədək onunla birlikdə qızı Ərizəçi yaşamışdır. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları qızı xx.xx.1953-cü il təvəllüdlü X20, qızı xx.xx.1955-ci il təvəllüdlü X21, qızı 25 sentyabr 1959-cu il təvəllüdlü X12, qızı xx.xx.1957-ci il təvəllüdlü X16, qızı X17 (xx.xx.2020-ci ildə vəfat edib), qızı X7r (xx.xx.2016-cı ildə vəfat edib). X1 yuxarıda qeyd edilən şəxslərdən başqa vərəsələri yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və işə əlavə olunmuş sübutlardan məlum olur ki, mərhum X14 mərhum X11 ilə faktiki nikahlarından xx xxx 1963-cü il təvəllüdlü X15 və 04 sentyabr 1948-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir, buna görə də ərizə qismən təmin edilməli, xx xxx 1963-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulmuş Ərizəçi X3 olmasının etiraf edilməsi, 07 yanvar 2016-cı ildə ölmüş X4 04 sentyabr 1948-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulması faktı müəyyən edilməlidir. Məhkəmə ərizənin təmin edilməyən hissəsinə münasibətdə bildirir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ərizəçinin atalıq, bacısının doğum faktının müəyyən edilməsi onların bacı olmasını müəyyən etməyə imkan verir və bunun üçün ayrıca hər hansı bir faktın müəyyən edilməsinə ehtiyac yoxdur. Yəni, ərizəçinin bu barədə mövqeyi ilə razılaşmaq o, anlama gələr ki, bütün qardaş (bacılar) qohumluq faktını müəyyən etdirməlidlər. Bu isə qanuni deyil. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 23 oktyabr 2011-ci ildə ölmüş X11 xx xxx 1963-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulmuş Ələmova (əvvəlki soyadı Məmmədova) Sübsara Novruz qızının atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. 07 yanvar 2016-cı ildə ölmüş X4 04 sentyabr 1948-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulması faktı müəyyən edilsin. X8 məxsus doğum akt qeydinin ata qrafasında X11, ana qrafasında X26 yazılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver