Məhkəmə qərarları › İş №2(051)-1376/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1376/2020

23.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1376/2020 23.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi, vəkil X11 iştirakı ilə, iddiaçı: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Mülkiyyətdə olan əmlakın bölünməsi, mirasın qəbul edilməsinin müəyyən olunması və miras payının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.0588 ha torpaq sahəsinə X6, X9, X17, İddiaçı1, Cavabdeh2, İddiaçı3 və İddiaçı2 1/7 hissədə payımızın müəyyən edilməsi və ümumibirgə mülkiyyət hüququna xitam verilməsi; X12 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0588 ha torpaq sahəsinin 1/7 hissəsinə X13, Cavabdeh1 və X9 hər birinə 1/3 hissədə miras payının müəyyən edilməsi, həmin bölgüdən sonra 0.0588 ha torpaq sahəsində Cavabdeh1nm payının 1/21 hissədə, Darçın Əskərovanın payının 4/21 hissədə, Məhəmməd Əskərovun payının 4/21 hissədə, İddiaçı3, Cavabdeh2, İddiaçı1 və İddiaçı2 hər birinin payının 3/21 hissədə müəyyən edilməsi; X7 miras qalmış ünvan 2 ünvanda yerləşən 225 kv. metr yaşayış evinin 1/6 hissəsinə və 0.0588 ha torpaq sahəsinin 4/21 hissəsinə X13, İddiaçı1, İddiaçı3, Cavabdeh2, İddiaçı2, Cavabdeh3 hər birmizə 1/6 hissədə miras payımızın müəyyənləşdirilməsi, Darçın Əskərovanın yaşayış evindən payının 25/36, Cavabdeh1nm payının 6/36, Məhəmməd Əsgərovun arvadı İddiaçı1 və 4 uşağının hər birinin payının 1/36 hissə müəyyən edilməsi, 0.0588 ha torpaq sahəsindən sahəsindən isə Cavabdeh1nm payının 6/126, Darçın Əskərovanın payının 28/126, İddiaçı3 payının 22/126, İddiaçı1ıı payının 22/126, Cavabdeh2 payının 22/126, İddiaçı2 payının 22/126, Cavabdeh3 payının 4/126 müəyyən edilməsi; X5 miras qalmış ünvan 3 ünvanda yerləşən 225 kv. metr yaşayış evindən 25/36 hissədə və 0.0588 ha torpaq sahəsindən 28/126 hissədə əmlak payının övladları Cavabdeh1 və X18 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, Cavabdeh1 və X9 varislərinə(bütöv şəkildə) hər birinə /2 hissədə miras payının müəyyən edilməsi; Yaşayış evindən Cavabdeh1nm payının 37/72, İddiaçı1 payının 7/72, İddiaçı3 payının 7/72, Cavabdeh2 payının 7/72, İddiaçı2 payının 7/72, Cavabdeh3 payının 7/72 hissədə, torpaq sahəsindən isə Cavabdeh1nm payı 50/315, İddiaçı3 payı 62/315, İddiaçı1 payı 62/315, Cavabdeh2 payı 62/315, İddiaçı2 payı 62/315, Cavabdeh3 payı 17/315 hissə müəyyənləşdirilməsi; 225 kv. metr sahədən ibarət yaşayış evinin bütün otaqlarından sərbəst istifadə hüquqlarımızın təmin edilməsi, otaqlara girişimizin təmin olunması, otaqlara girişə, istifadə edilməsinə cavabdehlər Cavabdeh1 və Məhəmməd Əsgərov tərəfindən olan maneələrin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan İddiaçı1, İddiaçı3, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi, vəkil X21 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək «ünvan 1 ünvanda yerləşən 0.0588 ha torpaq sahəsinə X6, X9, X17, İddiaçı1, Cavabdeh2, İddiaçı3 və İddiaçı2 1/7 hissədə payımızın müəyyən edilməsi və ümumibirgə mülkiyyət hüququna xitam verilməsi; X12 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0588 ha torpaq sahəsinin 1/7 hissəsinə X13, Cavabdeh1 və X9 miras payının müəyyən edilməsi; X7 miras qalmış yaşayış evi və torpaq sahəsinin X13, İddiaçı1, İddiaçı3, Cavabdeh2, İddiaçı2, Cavabdeh3 tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən olunması və hər birmizin miras payımızın müəyyən edilməsi; X5 miras qalmış yaşayış evi və torpaq sahəsinin övladı Cavabdeh1 və mərhum X9 vərəsələri İddiaçı1, İddiaçı3, Cavabdeh2, İddiaçı2, Cavabdeh3 tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi və hər birinin miras payının müəyyən edilməsi barədə qətnamə mıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən 225 kv. metr yaşayış evi 4/6 hissədə X6, 1/6 hissədə Əsgərov Məhəmməd ' Muxtar oğlunun, 1/6 hissədə Cavabdeh1 ümumi paylı mülkiyyətindədir. Həmin ünvanda yerləşən 0.0588 ha torpaq sahəsi isə X6, X9, X17, İddiaçı1, Cavabdeh2, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. X25 və X2 Əsgərov və Cavabdeh1 valideynləridir. X25 xx xxxxxx 2005-ci ildə, X18 xx xxxxxx 2013-ci ildə, X13 xx xxx 2017-ci ildə vəfat etmişdir. Miras qoyanların heç biri vəsiyyətnamə qoymadığından qanun üzrə vərəsəlik payı müəyyənləşdirilməlidir. Miras qoyanların varisləri mirası həmin evdə yaşamaqla faktiki qəbul etsələrdə mirasın qəbulu ilə bağlı sənədləşdirməni könüllü apara bilmirlər. X12 miras qalmış yaşayış evi ilə bağlı onun həmin vaxt sağ olmuş vərəsələri X13, Cavabdeh1 və X18 arasında hər birinə 1/3 hissə olmaqla bölünmüşdür. X4 7 nəfərlə birlikdə ümumibirgə mülkiyyətdə olan 0.0588 ha torpaq sahəsi də miras qalmışdır. Hazırda həmin mirası qəbul etmiş 3 nəfərdən 2-si Məhəmməd Əsgərov və Darçın Əskərova vəfat etmişdir. 0.0588 ha torpaq sahəsi 7 nəfərin ümumibirgə mülkiyyətində olduğundan həmin əmlaka pay bölgüsü aparılmalı, hər birinin pavı 1/7 hissədə müəyyən edilməlidir. Muxtar Əsgərovdan miras qalmış 0.0588 ha torpaq sahəsinin 1/7 hissə əmlak payı arvadı Darçın Əsgərova, övladları Məhəmməd Əsgərov və Cavabdeh1 tərəfindən qəbul edildiyindən hər birinin 1/3 hissədə miras payı vardır. Bu bölgüdən sonra 0.0588 ha torpaq sahəsində Cavabdeh1 1/21 hissədə, Darçın Əskəvanın 4/21 Məhəmməd Əskərovun 4/21 hissədə, Səbııhi Əsgərov, Cavabdeh2, İddiaçı1 və İddiaçı2 hər birinin 3/21 hissədə payı vardır. Məhəmməd Əsgərov isə xx xxxxxx 2013-cü ildə vəfat etmişdir. Onun qanun üzrə 1-ci növbə vərəsələri isə iddiaçılar arvadı İddiaçı1, övladları Cavabdeh2, İddiaçı3, Cavabdeh3 və Əsgərova (Hüseynova) Güllü Məhəmməd qızı və anası Darçın Əskərova mirası qəbul etmişdir. Hesab edir ki, ünvan 1 ünvanda yerləşən X7 qalmış 225 kv. metr yaşayış sahəsinin 1/6 hissəsinə və 0.0588 ha torpaq sahəsinin 4/21 hissəsinə hər birinin 1/6 hissədə miras payları müəyyənləşdirilməlidir. Bu bölgüdən sonra yaşayış evində Darçın Əskərovanın payı 25/36, Cavabdeh1nm payı 6/36, Məhəmməd Əsgərovun arvadı İddiaçı1 və 4 uşağının hər birinin payı 1/36 müəyyənləşir Torpaq sahəsində isə Cavabdeh1nm payı 6/126, Darçın Əskərovanm payı 28/126, İddiaçı3 payı 22/126, İddiaçı1 payı 22/126, Cavabdeh2 payı 22/126, İddiaçı2 payı 22/126, Cavabdeh3 payı 4 /126 müəyyənləşir. Darçın Əsgərova xx xxx 2017-ci ildə vəfat eldiyindən ondan qalan miras əmlak onun 2 övladı Məhəmməd Əsgərov (yəni o vəfat etdiyindən övladları arasında) və Cavabdeh1 arasında bölünməli, 225 kv. metr yaşayış evinin 25/36 hissə və 0.0588 ha torpaq sahəsinin 28/126 hissədən ibarət miras əmlakına vərəsələrin payı müəyyənləşdirilməlidir. Bu bölgüdən sonra yaşayış evinə X30 Cəlilovanm 1/2 hissədə miras payı vardır. Bölgüdən sonra Cavabdeh1nm yaşayış evindən payı 37/72, İddiaçı1nm payı 7/72, İddiaçı3 payı 7/72, Cavabdeh2 payı 7/72, İddiaçı2 7/72, Cavabdeh3nm 7/72 hissə payı müəyyənləşir. Darçın Əskərovadan miras qalmış 0.0588 ha torpaq sahəsindən 28/126 hissə torpaq payı 2 hissəyə bölündükdə Cavabdeh1nm payı 50/315, İddiaçı3 payı 62/315, İddiaçı1nm payı 62/315, Cavabdeh2 payı 62/315, İddiaçı2 payı 62/315, Cavabdeh3nm payı 17/315 hissə müəyyənləşir. Qeyd edirik ki. Cavabdeh1 və Cavabdeh2 225 kv. metrlik yaşayış evinin böyük bir hissəni öz istifadələrinə alaraq onların istifadə etməyinə imkan vermirlər. Halbu ki, 225 kv. metrlik yaşayış evinin bütöv sahəsinin kommunal xərclərini ödəyirlər. 6 yaşayış otağından yalnız birindən istifadə edə bilirlər. Ona görə də«ünvan 1 ünvanda yerləşən 0.0588 ha torpaq sahəsinə X6, X9, X17, İddiaçı1, Cavabdeh2, İddiaçı3 və İddiaçı2 1/7 hissədə payımızın müəyyən edilməsi və ümumibirgə mülkiyyət hüququna xitam verilməsi; X12 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0588 ha torpaq sahəsinin 1/7 hissəsinə X13, Cavabdeh1 və X9 miras payının müəyyən edilməsi; X7 miras qalmış yaşayış evi və torpaq sahəsinin X13, İddiaçı1, İddiaçı3, Cavabdeh2, İddiaçı2, Cavabdeh3 tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən olunması və hər birmizin miras payımızın müəyyən edilməsi; X5 miras qalmış yaşayış evi və torpaq sahəsinin övladı Cavabdeh1 və mərhum X9 vərəsələri İddiaçı1, İddiaçı3, Cavabdeh2, İddiaçı2, Cavabdeh3 tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi və hər birinin miras payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinəəlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin X28 küçəsindəki 13 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ iləİddiaçı3 adına xx xxxx 2020-ci ildə qeydə alınmışdır. X1 payı 4/6 hissə, X9 payı 1/6 hissə, Cavabdeh1 1/6 hissə, X17 payı umumbirgə, İddiaçı1 payı umumbirgə, Cavabdeh2 payı umumbirgə, İddiaçı3 payı umumbirgə və İddiaçı2 payı umumbirgə qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 05/76-940/12 saylı arayışdan görünür ki, X18 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaş Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2019-cu ilədək aparılmış aşağıdakı məlumatlar aşkar edilmişdir; Həyat yoldaşı İddiaçı1, oğlu Cavabdeh2, oğlu İddiaçı3, qızı Cavabdeh3 və X14r. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 05/76-940/12 saylı məktubdan görünür ki, X9 adına Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixli 620 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir şəhər, H.Z.Tağıyev küçəsi ev 13” qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı3 xx xxxx 2003-cü ildən Mingəçevir şəhəri X28 küçəsi ev 13 ünvanda qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir Regional “Asan Xidmət” X24 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 882 saylı məktubdan görünür ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar dair mübahisələrə məhkəmələrdə baxılır. İşə əlavə edilmiş № 33 saylı 03 2011-ci il tarixli arayışdan görünür ki, X8 həyat yoldaşı X3 şəhəri H.Z.Tağıyev küçəsi ev 13 ünvanda yaşamış və 2005-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinin 20/151 saylı xx xxxx 2011-ci il tarixli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışdan görünür ki, X8 mərhum X20 aid olan ünvan 6 ünvandakı 0.06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı yaşayış sahəsi 116.41 kv.m köməkçi sahəsi 108.63 kv.m ümumi sahəsi 225.04 kv.m –dən ibarət fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının mülkiyyət hüququ üzrə qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. İşə əlavə edilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxxxxx 2005-ci ildə ağ ciyər ödemi xəstəliyindən vəfat etmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhəri 2 saylı dövlət notariat kontorunun dövlət motoriusuna ünvanlanmış ərizədə X15 bildirir ki, əri X25 xx xxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. O, nikah dövründə qazandıqları əmlakdan sağ qalmış arvadın ona çatası payını istəyir. Xahiş edir ki, ona və övladlarına əlavə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. İşə əlavə edilmiş Mingəçevir şəhəri 2 saylı dövlət notariat kontorunun dövlət motoriusuna ünvanlanmış ərizədə X15 və X18 bildirir ki, əri X25 xx xxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. O, nikah dövründə qazandıqları əmlakdan sağ qalmış arvadın ona çatası payını istəyir. Xahiş edir ki, ona və övladlarına əlavə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinəəsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnaməçıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu bölməsinin müddəaları tətbiq edilməklə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görəölmüşşəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüşşəxsin əmlakının qanunda göstərilmişşəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuşşəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinin tələbinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuşşəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuşşəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görəölənin uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr sayılırlar. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənəçatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1166-cı maddəsinin tələbinə görə fiziki şəxs ölməsi halıüçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçəşəxsə qoya bilər. Mülki Məcəllənin mirasın bölüşdürülməsinin anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşmasıüzrə onlardan hər birinə qanun və ya vəsiyyətnaməüzrə düşən paya uyğun bölüşdürülür. Mülki Məcəllənin 1246-cı maddəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məcəllənin 1243.2-ci maddəsində «mirası qəbul etmə»nin nədən ibarət olduğu izah edilərək göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1291-ci maddəsində göstərilmişdir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxarıda qeyd olunanlara əsasən «ünvan 1 ünvanda yerləşən 0.0588 ha torpaq sahəsinə X6, X9, X17, İddiaçı1, Cavabdeh2, İddiaçı3 və İddiaçı2 1/7 hissədə payının müəyyən edilməsi; X12 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0588 ha torpaq sahəsinin 1/7 hissəsinə X13, Cavabdeh1 və X18 tərəfindən mirası qəbul etmə faktı müəyyən edilməli; X7 miras qalmış yaşayış evi və torpaq sahəsinin X13, İddiaçı1, İddiaçı3, Cavabdeh2, İddiaçı2, Cavabdeh3 tərəfindən mirası qəbul etmə faktı müəyyən edilməli; X5 miras qalmış yaşayış evi və torpaq sahəsinin övladı Cavabdeh1 və mərhum X9 vərəsələri İddiaçı1, İddiaçı3, Cavabdeh2, İddiaçı2, Cavabdeh3 tərəfindən mirası qəbul etmə faktı müəyyən edilməklə iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, miras payının müəyyən edilməsi ilə bağlı iddiaçı məhkəməyə əsaslı sübutlar təqdim edə bilmədiyi üçün miras payının müəyyən edilməsi ilə bağlı hissədə tələb açıq qalmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. «ünvan 1 ünvanda yerləşən 0.0588 ha torpaq sahəsinə X6, X9, X17, İddiaçı1, Cavabdeh2, İddiaçı3 və İddiaçı2 1/7 hissədə payı müəyyən edilsin; X12 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0588 ha torpaq sahəsinin X13, Cavabdeh1 və X18 tərəfindən mirası qəbul etmə faktı müəyyən edilsin; X7 miras qalmış yaşayış evi və torpaq sahəsinin X13, İddiaçı1, İddiaçı3, Cavabdeh2, İddiaçı2, Cavabdeh3 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin; X5 miras qalmış yaşayış evi və torpaq sahəsinin övladı Cavabdeh1 və mərhum X9 vərəsələri İddiaçı1, İddiaçı3, Cavabdeh2, İddiaçı2, Cavabdeh3 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver