Məhkəmə qərarları › İş №2(051)-1406/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1406/2021

27.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1406/2021 27.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili- Fərdi qaydada fəaliyyət göstərən vəkil X5 iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı «İcarəyə verilmiş əmlakdan çıxarılma, tikilmiş tikililərin sökülməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X6 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 50 kv/m olan qeyri-yaşayış sahəsindən çıxarılmasına, həmin ərazidə qeyri-qanuni cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsinə və 14.02.2020-ci il tarixindən cavabdeh ərazidən çıxarılana qədər yığılan borcun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə ərizəyə dəyişiklik göndərərək, X10 aralarında 14.02.2020-ci il tarixdə ASAN Notariat Kontorunda bağlanmış icarə müqaviləsinin ləğvinə, ünvan 1 ünvanında qeyri-qanuni cavabdeh tərəfindən inşa edilmiş tikilərin sökülməsinə və 14.02.2020-ci il tarixindən cavabdeh ərazidən çıxarılana qədər yığılan borcun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, O, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 50 kv/m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. 14.02.2021-ci il tarixdə o həmin ərazini X9 müqavilə ilə icarəçiyə vermişdir. Müqaviləyə əsasən X10 hər ay ona 300 (üç yüz) manat məbləğində pul ödəməli idi. Lakin cavabdeh cəmi bir ay 200 (iki yüz) manat pul ödəmiş və öz başına həmin ərazidə tikintilər inşa etmişdir. O, dəfələrlə ona irad bildirsə də, cavabdeh nə pulu ödəməkdən, nə tikililəri sökməkdən, nə də həmin ərazini tərk etməkdən imtina edir. Ona görə də məhkəmədən X10 aralarında 14.02.2020-ci il tarixdə ASAN Notariat Kontorunda bağlanmış icarə müqaviləsinin ləğvinə, ünvan 1 ünvanında qeyri-qanuni cavabdeh tərəfindən inşa edilmiş tikilərin sökülməsinə və 14.02.2020-ci il tarixindən cavabdeh ərazidən çıxarılana qədər yığılan borcun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddia İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X11 məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsindən görünür ki, o iddiaçının bacıdır. Qardaşı mübahisə olunan əmlakı müqaviləsi ilə X9 icarəyə vermişdir. Yanvar-fevral ayları ərzində 1 ay müddətinə ona möhlət verilmişdir. Mart ayında X4 borclu olduğu pulu tələb etmişlər. Qardaşı isə həmin vaxt xəstə olmuşdur. X10 onlara işləmədiyini və pulunun olmadığını bildirmişdir. X2 həmin vaxt qazanc yeri olmuşdur. Belə ki, o, pəncərələrə qara şüşə vurmaq işi ilə məşğul olurmuş. Bu zaman ərzində çoxsaylı xahişlərdən sonra X10 onlara iki dəfə pul vermişdir. Bir dəfə atası ilə pul yollamış, ikinci dəfə isə sexin qarşısında özü pulu vermişdir. Qardaşını müalicə üçün xəstəxanaya aparakən 200 manat məbləğində X10 ona pul vermişdir. Sonradan işləmədiyini qazancı olmadığını bəhanə göstərərək onların borcunu verməmişdir. Karantin olduğunu işləyə bilmədiyini söyləmişdir. O isə X9 işləyə bilmirsə, açarı qaytarmasını və başqa birinə həmin əmlakı satacağını söyləmişdir. Lakin cavabdeh onlara bəlkə də işləyə biləcəyini söyləmişdir. Açarı verməmiş və “ heç kimdən qorxmadığını” söyləmişdir. Bundan sonra məcbur qalıb mübahisəli mənzilin qapısını sındırıb içəri daxil olmuşlar. Cavabdeh nə mübahisəli mənzilin açarını vermiş, nə də onlara olan borcunu qaytarmış, nə də ki icarə müqaviləsini pozmağa razı olmuşdur. Cavabdeh X9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə ərizə təqdim edərək, 27.08.2021-ci il saat 12:00-a təyin olunmuş məkhəmə iclasının onun iştirakı olmadan keçirilib qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş cavabdeh tərəfindən verilmiş “İddia ərizəsinə etiraz”dan görünür ki, İddiaçı ona qarşı “icarəyə verilmiş əmlakdan çıxarılma, tikilmiş tikililərin sökülməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasını qəbul etmir. Belə ki, iddiaçı əvvəl də eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(051 )-205/2021 saylı qətnaməsinə əsasən İddiaçı mənə qarşı “icarəyə verilmiş əmlakdan çıxarılma, tikilmiş tikililərin sökülməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, onun, yəni Cavabdeh Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 23/1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmağı, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi və 14 fevral 2020-ci il tarixdən başlayaraq ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay 100 manatdan hesablanmaqla yığılan borcun ondan alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(107)-867/2021 saylı qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(051)-205/2021 saylı qətnaməsi ləğv edilmiş və İddiaçı Qmyaz oğlunun Cavabdeh qarşı “icarəyə verilmiş əmlakdan çıxarılma, tikilmiş tikililərin sökülməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İlk öncə onu bildirmək istəyir ki, o 14 fevral 2020-ci ildə İddiaçı Qmyaz oğlu ilə icarə müqaviləsi bağlayaraq, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək idman zalı kimi fəaliyyətə başlamaq istəmişdir. Bunun üçün də o İddiaçı razılığı ilə orada konstruktiv quraşdırma aparmış və idman zalının içərisini təmir etdirmiş, oranın döşəməsinə bahalı idman döşəkləri qoymuşdur. Lakin o idman zalını işlədə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən 19 mart 2020-ci il tarixdən başlayaraq Azərbaycan Respublikasında idman zallarının fəaliyyəti dayandırıldı. Aradan bir müddət keçəndən sonra İddiaçı ona bildirdi ki, o hər ay ödənişlərini vaxtı-vaxtında və tam şəkildə ödəməlidir. o da ona bildirmiş ki, ölkədə və ümumiyyətlə bütün dünyada “koronavirus” infeksiyası yayılmışdır və ölkə üzrə sərt karantin rejimi tətbiq olunur. Buna görə də qazanc əldə edib aylıq kirayə haqqını ödəyə bilmir. Həmçinin də ölkədə heç bir idman zallarının fəaliyyət göstərmədiyini bildirmişdir. Lakin buna baxmayaraq İddiaçı bunların heç birinə məhəl qoymamış və əsassız olaraq onu məhkəməyə vermişdir. İddiaçı onu məhkəməyə verməmişdən qabaq o orada quraşdırılmış konstruksiyaları sökmüş və idman zalından çıxaraq idman zalını İddiaçı təhvil vermişdir. Bir daha onu qeyd edir ki, o iddiaçıdan qeyri-yaşayış sahəsini icarayə götürüb qazanc əldə edərək, aylıq kirayə haqqını ödəmək istəmişdir. Lakin “Covid- 19” pandemiyasına görə bu mümkün olmamışdır. Bu bütün dünya üçün bir bəladır və o da bunun çətinliyini artıqlaması ilə çəkmişdir. Eyni zamanda da onu bildirir ki, o idman zalının çöl hissəsində quraşdırılmış konstruktiv tikilini sökmüş və qeyd olunan qeyri-yaşayış sahəsini bir neçə aydır ki, iddiaçıya təhvil vermişdir. Belə olan halda iddiaçının tələbi tam əsassız və qanunsuzdur. Ona görə də məhkəmədən İddiaçı mənə qarşı “icarəyə verilmiş əmlakdan çıxarılma, tikilmiş tikililərin sökülməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia tələbi əsassız olduğu üçün, iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş İddiaçı tərəfindən X9 göndərdiyi pretenziyadan görünür ki, X4 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 50 kv/m olan qeyri-yaşayış sahəsindən çıxmağını, həmin ərazidə qeyri-qanuni onun tərəfindən inşa edilmiş tikililərin sökülməsinə və 14.02.2020-ci il tarixindən cavabdeh ərazidən çıxarılana qədər yığılan borcun (yəni 4300 (dörd min üç yüz) manat) məbləğində pulun ona ödənilməsini tələb etmişdir. İşə əlavə olunmuş ********** №-li Qeydiyyatının (VÖEN) sürətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası X12 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş DƏDRX-ın RX seriyalı ******* №-li Çıxarışının sürətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi və tam mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş xəstəlik tarixindən çıxarışın (Ekipriz) sürətindən görünür ki, İddiaçı düz bağırsağın xərçəngi, cT3N1M0 İİİB mərhəli diaqnozu qoyulmuşdur. İşə əlavə olunmuş 14 fevral 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İsmayılov X7 şəhəri Ş.İ.Xətai küçəsi 23/1 ünvanda yerləşən ümumi sahəsi 50 kv/m olan qeyriyaşayış sahəsini X9 icarəyə verimişdir. İcarə müddəti 14.02.2023-cü il tarixədək və icarə haqqı 300 manat müəyyən edilmişdir. İşə əlavə olunmuş Müdafiə Nazirliyinin Şəxsi Heyətinin Baş İdarəsinin M/V seriyalı 055100 №-li Vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(051)- 205/2021 saylı qətnaməsindən görünür ki, X1 şəhəri Ş.İ.Xətai küçəsi 23/1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi və 14.02.2020-ci il tarixdən cavabdeh X6 ünvan 1 ünavanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay 100 (bir yüz) manatdan hesablanmaqla yığılan borcu cavabdeh X4 alınıb İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 867/2021 saylı Qərardadından görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(051)-205/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X9 qarşı icarəyə verilmiş əmlakdan çıxarılma, tikilmiş tikililərin sökülməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri İcarə müqaviləsinin ləğv edilməsi, icarə obyektində tikilmiş tikililərin sökülməsi və icarə pulunun ödənilməsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Məhkəmə şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, icarəçi icarə müqaviləsi əsasında müəyyən olunmuş öhdəliklərini yerinə yetirməmiş və aylıq icarə haqqını ödəməməmişdir. İddiaçı tərəf cavabdehə şifahi və yazılı xəbərdarlıqlar etmişdir, bununla belə cavabdeh öhdəliklərini yenə də pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəf icarə müqaviləsinin ləğv olunması tələbində haqlıdır. İddiaçının 14.02.2020-ci il tarixindən cavabdeh ərazidən çıxarılana qədər yığılan borcun cavabdehdən alınmasına dair tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının həmin mübahisəli əmlakı icarəyə götürdüyü vaxt Azərbaycan Respublikası ərazisində COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən 19 mart 2020-ci il tarixdən başlayaraq Azərbaycan Respublikasında idman zallarının fəaliyyəti dayandırılmış və cavabdeh həmin əmlakı işlədə bilməmiş və mənfəət əldə etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. İddiaçının qeyri-qanuni tikildiyini iddia etdiyi tikililərin sökülməsi tələbinə gəldikdə isə həmin tikililərin qeyri-qanuni yolla tikildiyini sübut edə biləcək hər hanssı bir dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı ilə cavabdeh X10 arasında 14.02.2020-ci il tarixdə ASAN Notariat Kontorunda bağlanmış icarə müaviləsi ləğv edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə cavabdeh X10 arasında 14.02.2020-ci il tarixdə ASAN Notariat Kontorunda bağlanmış icarə müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver