Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1510/2021 23.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «Doğum şəhadətnaməsində hərf düzəlişinin aparılması və ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, oğlu- 10.05.1992-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsində soyadının “Mənaflı” kimi göstərilməsi və onun 13.10.2000-ci il tarixdə ölüm faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 10.05.1992-ci il təvəllüdlü X8 onun oğludur. X19 anadangəlmə xəstə idi və onun daima müalicədə olmasına baxmayaraq 13.10.2000-ci il tarixdə vəfat etmişdir. Həkim şəhadətnaməsi verilmədiyindən Qeydiyyat Şöbəsinə müraciət etməyinə baxmayaraq, oğlunun ölümü barədə şəhadətnamə ala bilməmişdir. X16 Ucar rayonu, Qazıqumlaq kənd qəbirstanlığında dəfn etmişlər. Oğlunun ölümünü təsdiq edən olmadığı üçün tələb olunan zaman müvafiq orqanlara heç bir sənəd təqdim edə bilmir. Həmçinin digər övladı Muradın doğum haqqında şəhadətnaməsində soyadının ikinci hərfində düzəliş apardığı üçün həmin sənəd etibarlı sayılmır və oğlu həyatda olmadığı üçün onun doğumu haqqında şəhadətnaməsini vətəndaşların vəziyyəti akt qeydlərində aparılan qeyd kimi əldə edə bilmir. Hazırda sosial pensiyaya çıxmağıyla əlaqədar oğlunun ölümünü təsdiq edən tələb olunmasına baxmayaraq təqdim edə bilmir. Qeydiyyat şöbəsi oğlunun ölüm faktını təsdiq etmək üçün məhkəməyə müraciət etməsini tövsiyyə edir. Başqa qaydada oğlunun ölüm şəhadətnaməsini almaq mümkün deyil. Bu fakrı qohumları təsdiq edə bilərlər. Ona görə də məhkəmədən oğlu- 10.05.1992-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsində soyadının “Mənaflı” kimi göstərilməsi və onun 13.10.2000ci il tarixdə ölüm faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla belə maraqlı şəxs məhkəməyə ərizə göndərərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxıb, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, X2 qonşusudur. Ədalət və Zərinənin 10 may 1992-ci ildə Murad adlı uşaqları dünyaya gəlmişdir. Uşaq anadangəlmə xəstə idi. İllərlə uşağın müalicə olunması üçün ailəsi çalışmışdır. Bununla belə həmin uşaq 13.10.2000-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, o, X2 qonşusudur. Ədalət və Zərinənin 10 may 1992-ci ildə Murad adlı uşaqları dünyaya gəlmişdir. Uşaq anadangəlmə xəstə idi. İllərlə uşağın müalicə olunması üçün ailəsi çalışmışdır. Bununla belə həmin uşaq 13.10.2000-ci il tarixdə vəfat etmişdir. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Ərizəçi Ağakişi qızı arasında 05 sentyabr 1986-cı ildə 299 nömrə ilə bağlanmışdır. İşə əlavə olunmuş Doğum haqqında şəhadətnamədən görünür ki, 10.05.1992-ci il təvəllüdlü X7 atası kimi X6 və anası kimi isə Ərizəçi Ağakişi qızı göstərilmişdir. İşə əlavə olunmuş Qaraqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08.06.2021-ci il tarixli Aktından görünür ki, 10 may 1992-ci il tarixdə anadan olmuş X9 13 oktyabr 2000-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmiş və Ucar rayonun Qazıqumlaq kəndində yerləşən qəbistanlıqda dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 05/Q-59/15 saylı 22.06.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə qətnaməsi ilə müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, 10.05.1992-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsində soyadı “Mənaflı” kimi göstərilməli, X4 13.10.2000-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: 10.05.1992-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsində soyadı “Mənaflı” kimi göstərilsin. 10.05.1992-ci il təvəllüdlü X4 13.10.2000-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. X4 doğum haqqında şəhadətnamədə düzəliş edilməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X1 qeydiyyatı kitabına şəxsin soyadının “Mənaflı” kimi göstərilməsi üçün və yeni doğum haqqında şəhadətnamə verməsi üçün əsasdır. X4 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X1 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1510/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1510/2021
23.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver