Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-413/2021 16.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi: Ərizəçi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək vətəndaşlıq vəziyyəti aktların qeydiyyatının düzgün olmamasını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, X7 ilə el adətilə ailə qurmuş və onların faktiki nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Nərgiz adlı qızları olmuşdur. Uşağın doğum qeydi Maraqlı şəxsndə qeydə alınmışdır. Ancaq doğum və atalığın müəyyən edilməsi qeydi aparılarkən ata adı “Qnyaz” əvəzinə “Knyaz” kimi qeyd olunmuşdur. Övladı məktəbə getməsinə baxmayaraq övladının ata adında səhv getməsi səbəbindən sənədləri məktəb tərəfindən qəbul edilmir və məktəbdən xaric oluna bilər. Bu səbəbdən də Maraqlı şəxsnə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də Maraqlı şəxs tərəfindən aparılmış X2 doğum və atalığın müəyyən edilməsi qeydiyyatının düzgün olmamasının, ata adı “Knyaz” deyil “Qnyaz” adı ilə düzəliş aparılmasınıxahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin iştirakı olmadan baxıla bilər. X1 ərizəçinin izahatına uyğun ifadə verərək göstərdi ki, ərizəçini artıq 27 ildir tanıyır. Ərizəçinin ailə üzvlərin də yaxından tanıyır. Ərizəçinin Nərgiz adlı qızı 2007-ci ildə doğulmuş və uşağın atası X5r. Şahid Həsənova Könül Umudvar qızı X1nın ifadəsinə uyğun ifadə verərək göstərdi ki ərizəçi onun baldızıdır. Qnyaz Bəkirovla ərizəçinin birgə ailə münasibətlərindən xx.xx.2007ci il təvəllüdlü Nərgiz adlı qızları olmuşdur. Ərizəçi qızı Nərgizin atası Qnyaz Bəkirovdur. İşə əlavə olunmuş doğum haqqında və atalığın müəyyən olunması haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X6 xx.xx.2007ci ildə anadan olmuşdur. Şəhadətnamələrdə onun atası kimi X8 göstərilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təstiq edilmiş surətlərindən görünür ki, X7 xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubunda Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi Ərizəçi “Knyaz” adlı adamla deyil “Qnyaz” adlı şəxslə ailə qurmuşdur. Onların birgə evliliyindən də Nərgiz adlı uşaq doğulmuşdur. Lakin doğum haqqında akt qeydində Nərgizin ata adı səhvən “Knyaz” yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ailə Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx xxxx 2007-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydində düzəliş edilməli, onun ata adı “Knyaz” deyil, “Qnyaz” yazılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. X2 doğum haqqında akt qeydində düzəliş edilərək, onun ata adı “Qnyaz” yazılsın. Qətnamə akt qeydində müvafiq düzəliş edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-413/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-413/2021
16.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver