Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-565/2021 04.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi, onun vəkili X5 iştirakı ilə Ərizəçi «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 11 noyabr 1963cü il təvəllüdlü əri X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, 11 noyabr 1963-cü il təvəllüdlü əri Ramiz Məhərrəmov 2008-ci ildən Mingəçevir şəhər rayonlararası dispanserdə «şizofrenəbənzər psixoz kletomaniya» diaqnozu ilə xəstədir. Ramiz artıq uzun müddətdir ki, psixi xəstədir, öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyildir. Ona görə də əri X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Mingəçevir şəhər İcra Hakmiyyəti Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. İşdə olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi qızının nikahı 14.07.1989-cu il tarixdə 119 nömrə ilə qeydə alınmışdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 11 noyabr 1963-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur, Mingəçevir şəhəri V.Hüseynov küçəsi 11 № li evin 12 № li mənzilində yaşayır. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 136 №-li, 26 yanvar 2021-ci il tarixli arayışda göstərilir ki, X7 2008-ci ildən X2 “Şizofrenəbənzər psixoz kleptomaniya” diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserin məhkəmə-psixiatriya komissiyasının 02 aprel 2021-ci il tarixli 162 №-li rəyində göstərilir ki, X1 psixozdan sonrakı davranış pozuntuları xəstəliyi keçirir. X1 psixozdan sonrakı davranış pozuntuları xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olduğundan o, hazırki ekspertiza zamanı öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. X1 psixozdan sonrakı davranış pozuntuları xəstəliyi keçirməsinə baxmayaraq hazırki ekspertiza zamanı fəaliyyət qabiliyyətli şəxs hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin edilməməli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsindən imtina edilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: 11 noyabr 1963-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri V.Hüseynov küçəsi 11 № li evin 12 № li mənzilində qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-565/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-565/2021
04.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver