Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-641/2021 15.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi nümayəndəsi X7 iştirakı ilə, ölüm faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, əri X1 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi X12 məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, ərizəçi xx xxxxxx 1986-cı il tarixdə X3 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından iki övladları olmuşdur. Ərizəçinin əri Mətləb Arustamov xx xxx 2019-cu ildə xəstəlikdən vəfat etmişdir. Mətləbi Ağdaş şəhəri Müşviq İsayev küçəsində yerləşən qəbirstanlığında dəfn etmişlər. Lakin həmin vaxt başları qarışıq olduğu üçün ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Qeydiyyat şöbəsinə müraciət edə bilməmişdir. Ərinin ölümünün qeydə alınması barədə şəhadətnaməsi olmadığı üçün ərizəçi yaşadığı evi və torpağı adına sənədləşdirə bilmir. Ərizənin təmin olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi ərizəçiyə ərinə ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs, Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Mətləb uzun müddət xəstəlikdən yatırdı. xx xxx 2019-cu ildə vəfat etmişdir. Onu Ağdaş şəhər qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində qonşu kimi yaxından iştirak etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Hürümələk bacısıdır. Bacısının əri xəstəliyi ilə əlaqədar uzun müddət yataq şəraitində müalicə almışdır. Həqiqətən də, bacısının əri Mətləb xx xxx 2019-cu ildə vəfat etmişdir. Onu Ağdaş şəhər qəbirstanlığında dəfn etmişlər Yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 20 saylı arayışda göstərilir ki, X3 xx xxx 2019-cu ildə vəfat edib, mərhum Ağdaş rayon M.İsayev küçəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-19/15 saylı xx xxxxxx 2021-ci il tarixli arayışda göstərilir ki, X1 Qeydiyyat şöbəsində ölüm akt qeydiyyatı tapılmadı. İşə əlavə olunmuş Mingəçevir şəhər X6 Hüquqi Şəxsin TTTY stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində göstərilir ki, 1962-ci il təvəllüdlü X5 xx xxx 2019-cu ildə ölmüşdür, ölümün ilkin səbəbi baş-beyinin bədxassəli törəməsi Aqonal vəziyyət. Məhkəmə tədqiqi zamanı X1 xx xxx 2019-cu ildə ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X1 xx xxx 2019-cu ildə ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx xxxxx 1962-ci ildə Ağdaş şəhərində anadan olmuş X1 xx xxx 2019-cu ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-641/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-641/2021
15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver