Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-79/2021 08.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi və Maraqlı şəxs qəyyumluq və himayə orqanının nümayəndəsi X10 oğlunun iştirakı ilə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X6 onun doğma oğludur. Anar xx xxxxxx 1990-cı ildə anadan olmuşdur. Oğlu Anar əlildir, öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. Anar hal-hazırdada mülaicə olunur. Hərəkətlərinə cavabdehlik daşımır, xəstə olduğundan onun edəcəyi hər bir hərəkət etibarsız sayılır. Ona görə də ərizənin təmin olunmasını, oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X10 oğlu ekspertiza rəyini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sərkarov Anar Şərəf oğlu xx xxxxxx 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 1 № li evin 20 № li mənzilində yaşayır. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 823 №-li, xx xxxx 2020-ci il tarixli arayışda göstərilir ki, X8 2008-ci ildən Mingəçevir Psixo-nevroloji Dispanserdə “Oyanıqlı psixopatriya davamsız kompensasiya mərhələsində” diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserin məhkəmə-psixiatriya komissiyasının xx xxxxxx 2020-ci il tarixli 449 №-li rəyində göstərilir ki, Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan, həmçinin onun keçirdiyi xəstəlik xroniki psixi xəstəlik və ağıl zəifliyi kəmağıllıq) xəstəliyi hesab edilmədiyindən o, hazırkı ekspertiza zamanı öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. X8 xroniki psixi xəstəlik və ağıl zəifliyi (kəmağıllıq) xəstəliyi keçirməməsi səbəbindən hazırda fəaliyyət qabiliyyəti olan şəxs hesab oluna bilər. İşə əlavə edilmiş məhkəmə-psixiatriya ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2348 saylı rəyində göstərilir ki, X4 emosional davamsız şəxsiyyət pozuntusu kompensasiya mərhələsində aşkar olunur. X4 qeyd olunan emosional davamsız şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etmir. X8 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin edilməməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsindən imtina edilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: xx xxxxxx 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 1 № li evin 20 № li mənzilində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-79/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-79/2021
08.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver