Məhkəmə qərarları › İş №2(054)-9/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-9/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-9/2024 29.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı İddiaçı ASC ilə (əvvəlki adı "xxxx" İKB ASC) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 38 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş 23 noyabr 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və İddiaçı ASC ilə (əvvəlki adı "xxxx" İKB ASC) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 38 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş 23 noyabr 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan, Oğuz rayonu, Yaqublu kəndində yerləşən 4 otaqlı və 3 otaqlı fərdi yaşayış evlərinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasınn vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olmuş ərizəsi ilə iddiaçı bankla Cavabdeh arasında məhkəmədən kənar razılaşma olduğunu bildirmiş, iddia ərizəsininbaxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin ərizəsini nəzərdən keçirməklə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən "xxxx" ASC-nin hesabına ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar