Məhkəmə qərarları › İş №2(055)-1/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1/2023

07.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair işlər - Maddi ziyanın ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1/2023 07.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərə məxsus Saatlı rayonu, Bəylik kəndində yerləşən torpaq sahəsindən 2500 ədəd heyva ağacının köçürülməsi, köçürülmə mümkün olmadıqda heyva ağaclarının hazırki dəyərinin və əldən çıxmış fayada görə 10000 manat pulun ödənilməsi tələbinə dair mülki işə Saatlı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərə məxsus Saatlı rayonu, Bəylik kəndində yerləşən torpaq sahəsindən 2500 ədəd heyva ağacının köçürülməsi, köçürülmə mümkün olmadıqda heyva ağaclarının hazırki dəyərinin və əldən çıxmış fayada görə 10 min manat pulun ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılaraq ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin qaytarılması barədə məhkəməyə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264-cü maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərə məxsus Saatlı rayonu, Bəylik kəndində yerləşən torpaq sahəsindən 2500 ədəd heyva ağacının köçürülməsi, köçürülmə mümkün olmadıqda heyva ağaclarının hazırki dəyərinin və əldən çıxmış fayada görə 10000 manat pulun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver