Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-47/2023 13.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu, Cavabdeh1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcu tələbinə dair iddia ərizəsinə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 2477,63 manat əsas borc, 2257 manat faiz, 948,09 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (AR-nın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 355,30 faiz borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli, 2(057)-759/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat hüquqi varis müəyyən edilənə kimi dayandırılmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-47/2023 saylı qərardadı ilə iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbi ilə bağlı 2(057)-47/2023 saylı mülki iş üzrə icraat məhkəmənin təşəbüssü ilə təzələnərək, məhkəmə baxışı iclasının keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 09:50-a təyin edilmişdir. 13 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu məhkəməyə ərizə təqdim edərək Cavabdeh1 ilə aralarında bağlanmış barışıq sazişin təsdiq edilməsi, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 iddiçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə aralarında barıçşq sazişi olduğunu, barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 aralarında bağlanmış barışıq sazişi təsdiq edilsin, mülki iş üzrə icraata xitam verilsin. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbi üzrə 6038,39 manat ümumi borc üzrə 1638,39 manat məbləğini cavabdeh tərəfə güzəşt edir, qalan 4400 manat borcu Cavabdeh1 tərəfindən ilkin olaraq 200 manat, qalan borcu isə 24 ay ərzində LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna bərabər hissə ilə ödəməyi öhdəsinə götürürür. Cavabdeh1 Mirzəağa oğlu iki ay ərzində ödəniş etmədiyi halda ona edilən güzəşt ləğv edilir və ilkin iddia tələbi üzrə qalıq borcu banka ödəməyi öhdəsinə götütür. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-47/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-47/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver