Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1595/2023 04.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi nəzərdən keçirlilərkən müəyyən edildi ki, iddia ərizə geri qaytarılmalıdır, iddiaçı dövlət rüsumunun ödənilməsinə dair qəbzi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlər rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinə görə (atalıq faktının müəyyən edilməsi) görə dövlət rüsumu 100 manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə müraciət edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: İddiaçı Cavabdeh qarşı “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qəradadın təsviri hissəsində göstərilən çatışmamazlıqlar aradan qaldırılıqdan sonra ümumi əsaslarla məhkəməyə müraciyət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1595/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1595/2023
04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver