Məhkəmə qərarları › İş №2(058)-714/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-714/2025

19.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-714/2025 19.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilərək vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilərək vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciyət edərək, mərhum əri X2 miras qalmış ünvan 1i ünvanda yerləşən miras qalmış 0.1 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində əmlakın varis olaraq onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi və tam pay üzərində vərəsəlik hüququnun tanınması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək müəyyən etdi ki, iddianın yolverilməzliyinə görə ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2. və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizənin məzmunundan və ərizəçinin xahişindən aydın olur ki, o, mərhum əri xx.xx.2025-ci il tarixdə ölmüş X2 miras qalmış ünvan 1i ünvanda yerləşən miras qalmış 0.1 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində əmlakın varis olaraq onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi və tam pay üzərində vərəsəlik hüququnun tanınmasını istəməklə, məhkəmənin xüsusi icraat qaydasında baxmalı olduğu ərizə ilə müraciət etmək istəmiş, lakin xüsusi icraat qaydasında baxılmalı olan ərizələr üçün qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna əməl etməmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması dedikdə o nəzərdə tutulur ki, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmasın. Göründüyü kimi ərizəçinin məhkəmədən kənar qaydada, yəni müvafiq notariat orqanlarına müraciət etmək imkanı itirilmədən və həmin orqanlara müraciət edilmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməli, ərizəçiyə ərizədə göstərilmiş hüquqi marağının təmin edilməsi ilə bağlı notariat orqanına müraciət etmək, hüquqi marağı həmin orqan tərəfindən təmin edilmədiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilərək vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə ərizədə göstərilmiş hüquqi marağının təmin edilməsi ilə bağlı müvafiq notariat orqanına müraciət etmək, hüquqi marağı həmin orqan tərəfindən təmin edilmədiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver