Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-105/2021 26.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı "mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzil hüquqlarının pozulmasınadək mövcud olan vəziyyətin bərpası" tələbi barədə iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 2020-ci il tarixdən hazıra kimi mülkiyyət hüququ ilə ona məxsus Siyəzən şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 39-cu mənzilində formal qeydiyyatda olan cavabdehin bu mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Cavabdeh2 əlavə cavabdeh qismində işdə iştirak etməyə cəlb edilməsi, eləcə də iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 2020-ci il tarixdən hazıra kimi mülkiyyət hüququ ilə ona məxsus Siyəzən şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 39-cu mənzilində formal qeydiyyatda olan keçmiş mülkiyyətçi Cavabdeh2, sonuncunun övladları 01 iyun 2007-ci il təvəllüdlü X3, 05 oktyabr 2011-ci il təvəllüdlü X4, eləcə də digər Cavabdeh1 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Bu Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı qarşı "mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzil hüquqlarının pozulmasınadək mövcud olan vəziyyətin bərpası" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Siyəzən şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 39-cu mənzilindən istifadə hüququ tanınmaqla, uşaqları 01 iyun 2007-ci il təvəllüdlü X5 və 05 oktyabr 2011-ci il təvəllüdlü X7 ilə birlikdə ora köçürülməsi, həmin mənzilə münasibətdə onun və uşaqlarının mənzil hüquqlarının pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası 26 may 2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması, o cümlədən iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi, eyni zamanda, müstəqil tələbə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etməyib, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmasına etiraz etmədi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X2 da ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birgə geri götürməsi səbəbindən işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyi bildirib, baxılmamış saxlanmasına heç bir etirazının olmadığını qeyd etdi və o da, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmasını barədə qərardad çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və işin baxılmamış saxlanılması məsələsinin müzakirəsini mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxs iddia ərizələrinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizələri geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizələri Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat, müstəqil tələb üzrə Telli Şabəddinova tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onların özlərinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı "mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzil hüquqlarının pozulmasınadək mövcud olan vəziyyətin bərpası" tələbi barədə iddia ərizələri baxılmamış saxlanılsın, iddia ərizələri, ona əlavə olunmuş sənədlər, eləcə də tələblər üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumları müvafiq olaraq iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-105/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-105/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver