Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-153/2021 26.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tutulan 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə xx xxxxxx 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxx 2008-ci il tarixdə Məhəmməd adlı övladları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan ailədaxili münasibətlər pisləmiş, bu səbəbdən də nikahları xx xxxxxx 2011-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş xx xxx 2008-ci il təvəllüdlü Məhəmməd onun yanında saxlanmış və hər ay 76 (yetmiş altı) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən qeyd olunan qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, o cümlədən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat miqdarında alimentin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş alimentin məbləği istər təyin edildiyi zamana, istərsə də, hazırkı vaxta görə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan aşağı məbləğdə olduğundan hazırda uşağının saxlanılması xərclərini ödəmir və o, Məhəmmədi saxlamaqda maddi çətinliklər çəkir. Belə ki, Məhəmməd artıq böyüdüyündən maddi tələbatları, sosial və təhsil qayğıları da artmış, habelə bu məbləğ onun minimum həddə yeməyinə, geyiminə, təhsil almasına kifayət etməməyə başlamışdır. 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlara münasibətdə 175 manat məbləğində müəyyən edilsə də, cavabdehdən tutulan alimentin miqdarı 100 manat həcmindədir. Bu vəsait isə uşağın maddi ehtiyaclarını ödəməyə kifayət etmədiyinə görə o, oğlu Məhəmmədin saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Əlavə olaraq qeyd edir ki, özü dəftərxana ləvazimatları mağazasında satıcı işləyərək, aylıq 120 manat məbləğində qazanc əldə etsə də, bu məbləğ uşağın saxlanılması üçün yetərli deyildir. Bu səbəbdən də, alimentin miqdarının artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla belə, cavabdehin maddi vəziyyətini nəzərə alaraq, ondan hər ay 150 manat aliment tutulmasına da etiraz etmir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçı ilə xx xxxxxx 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxx 2008-ci il tarixdə Məhəmməd adlı övladları doğulmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan iddiaçı ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında tez-tez narazılıqlar, daha sonra isə münaqişələr yaranmış, bu səbəbdən də xx xxxxxx 2011-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş xx xxx 2008-ci il təvəllüdlü Məhəmməd iddiaçının yanında saxlanmış və hər ay 76 (yetmiş altı) manat sabit pul məbləğində alimentin ondan alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən qeyd olunan qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, o cümlədən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat miqdarında alimentin ondan alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. O, övladının saxlanılması üçün aliment ödəməkdən yayınmır, hər ay alimenti vaxtlı-vaxtında ödəyir və hazırda aliment borcu yoxdur. Hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olaraq aylıq 300-400 manat məbləğində qazanc əldə etməklə yanaşı, qohumunun təsərrüfatında olan qoyunlara nəzarət etməsinə görə 50 manat əlavə gəlirinin olmasına baxmayaraq, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Qeyd edir ki, yenidən 2017-ci ildə başqa qadınla rəsmi nikah bağlamaqla evlənmiş və bu nikahdan da xx xxxxxx 2018-ci il tarixdə Hüseyn, xx xxxxxxxx 2019-cu il tarixdə isə Sevinc adlı iki övladı doğulmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 538371 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası X4 olan X3 xx xxx 2008-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(059)-64/2011 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan xx xxxxxx 2006-cı il tarixdə Siyəzən rayon qeydiyyat şöbəsində bağlanmış və 18 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx xxxx 2011-ci il tarixdən başlayaraq, xx xxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 76 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(059)-580/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxx 2008ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin Məhkəmənin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə hər ay 76 (yetmiş altı) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmış, qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan etibarən cavabdehdən xx xxx 2008-ci il təvəllüdlü Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan İddiaçı tərəfindən tərtib edilməklə, Siyəzən rayon icra şöbəsinə ünvanlanmış və xx xxxxxx 2017-ci il tarixdə şöbəyə daxil olmuş ərizənin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(059)-580/2017 saylı icra sənədinin icrası ilə bağlı tərəflər arasında alimentin hər ay vaxtlı-vaxtında ödənilməsi barədə qarşılıqlı razılaşma əldə edildiyindən, İddiaçı qeyd olunan icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinə qaytarılmasına dair göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmurunun icra sənədinin qaytarılması haqqında xx xxxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(059)-580/2017 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən rayon məhkəməsinə qaytarılmışdır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, ******* nömrəli və xx xxxxxx 2019-cu il tarixdə verilmiş, AZ-İV seriyalı, 301124 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh oğlu, anası X9 olan X5 xx xxxxxx 2018-ci il tarixdə, X6 isə xx xxxxxxxx 2019-cu il tarixdə Siyəzən şəhərində doğulmuşlar. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx xxxxxx 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxx 2008-ci il tarixdə Məhəmməd adlı övladları doğulmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan aralarında tez-tez narazılıqlar, daha sonra isə münaqişələr yaranmağa başlamış, buna görə də Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və xx xxx 2008-ci il təvəllüdlü Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 76 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Bundan sonra, isə Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx xxx 2008-ci il təvəllüdlü Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin Məhkəmənin xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə hər ay 76 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, cavabdehdən xx xxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin, hazırda iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşağının artan tələbatını qarşılaya bilmir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X2 "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 175 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx xxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 175 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, cavabdehin başqa bir qadınla yenidən evlənməklə hazırda həmin qadından daha iki uşağının olması, bundan əlavə əvvəlki məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğini vaxtlı-vaxtında icra etməsi nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyinəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onun valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(059)-580/2017 saylı məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(059)-580/2017 saylı məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-153/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-153/2021
26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver