Məhkəmə qərarları › İş №2(059)-156/2020

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-156/2020

23.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-156/2020 23.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, iddiaçı Siyəzən rayonu Beşdam bələdiyyəsinin sədri X1 iştirakı ilə iddiaçı Siyəzən rayonu Beşdam bələdiyyəsinin Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Siyəzən rayonu Beşdam bələdiyyəsi Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən özbaşına zəbt edilmiş Siyəzən rayonu Beşdam bələdiyyəsinin mülkiyətinə aid olan torpaq sahəsi üzərindəki tikintilərin sökülərək ümumi istifadədə olan yolun əvvəlki təyinatına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixə saat 17:00-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Siyəzən rayonu Beşdam bələdiyyəsinin sədri X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin Azərbaycan Respublikası MPMnin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması, o cümlədən iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir.Buna görə də məhkəmə, iclasın və iddia ərizəsinin baxılmamış saxlanması məsələsinin müzakirəsinin cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış məhkəmə tikintitexniki ekspertizasının tədqiqatının dəyəri 50 (əlli) manat, torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci isə 67,20 (altımış yeddi manat 20 qəpik) manat təşkil edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə görə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat iddiaçı Siyəzən rayonu Beşdam bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə, torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 67,20 (altmış yeddi manat 20 qəpik) manat məbləğində pul isə tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialındakı hesablaşma hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə — büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunmuş şəxslər kateqoriyasından olduğundan, bu hal dövlət rüsumunun ödənilməsinə münasibətdə nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Siyəzən rayonu Beşdam bələdiyyəsi Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat iddiaçı Siyəzən rayonu Beşdam bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə, torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 67,20 (altmış yeddi manat 20 qəpik) manat məbləğində pul isə tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilsin. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar